26. Pulun rolu və əhəmiyyəti

Pul nədir? Ilk baxışdan sual qəribə görünə bilər. Siz milyarder Bil Qeytsin maddi durumu haqqında oxuyarkən, söhbətin nədən getdiyini çox gözəl başa düşürsünüz. B.Qeyts o dərəcədə varlıdır ki, praktiki olaraq istədiyi hər bir şeyi ala bilər. Bu mənada pul ifadəsi sərvəti bildirmək üçün istifadə edilir.
Buna baxmayaraq iqtisadçılar bu sözü daha konkret mənada işlədirlər: pul-insanların mal və xidmətləri digər fərdlərdən əldə etmək üçün müntəzəm istifadə etdikləri aktivlərin cəmidir. Portmanetnizdə olan nəğd pul ona görə puldur ki, siz onu restoranda naharın ödənilməsi və ya geyim mağazasında köynəyin əldə edilməsi üçün istifadə edə bilərsiniz. Əgər sizə Bil Qeytsin   hazırda sahibi olduğu Microsoft korporasiyasının səhmlərini əldə etmək nəsib olarsa, varlı adam olacaqsınız, lakin bu vəsaitləri pul kimi nəzərdən keçirmək mümkün olmayacaq. Səhmlərin bir hissəsini nəğd pula çevirməyənədək, siz səhmlərin vasitəsi ilə naharın və ya köynəyin haqqını ödəyə bilməyəcəksiniz. Iqtisadçıların tərifinə müvafiq olaraq pullara maddi dəyərlərin yalnız elə  növləri aiddir ki, onlar mal və xidmətlərin əvəzində satıcılar tərəfindən daim qəbul edilir.


Ardı →

1.2.1.Pul sistemi: mahiyyət və struktur

Pul sistemi — ölkədə pul dövriyyəsinin tarixən tə­şək­kül ta­p­mış və qanunvericiliklə təsbit olunmuş qu­ru­luşudur. Pul siste­mi­nin əsas elementi pul kimi iqtisadi ka­te­qoriyadır. Pullar xüsusi növ mal olub, bir sıra funk­si­yaları yerinə yetirən ümumi bir ekviva­lentdir:


  • dəyər ölçüsü – müxtəlif mal və xidmətlərin də­yər­lərinin ölçülməsi və müqayisə edilməsi üçün istifadə olunur. Malların pulla ifadə olunmuş dəyəri onların qiy­mətini təşkil edir. Qiymət miqyası elə bir mexanizmdir ki, dövlət bu mexanizm vasitəsilə pulların bu funksiyasını reallaşdırır;

  • yığım vasitəsi -  pulların istənilən anda öz nominal dəyə­rini itirmədən ödəniş vasitəsi kimi istifadə oluna bilmək qabiliy­yətidir (mütləq likvidlik);

  • dövriyyə vasitəsi – pulların mal və xidmətlərin hə­rə­kətində vasitəçi rolunu oynamaq qabiliyyəti, həmçinin digər ödə­niş əməliyyatlarının həyata keçirilməsi üçün istifadə olun­ma­sıdır;

  • ödəniş vasitəsi – mal və xidmətlərin kreditlə sa­tı­şında, yəni möhlətli ödəniş zamanı meydana çıxır. Bu funk­siyanın mənbəyini kredit və bu  iqtisadi münasibət əsasında əmələ gəlmiş borc öhdəlikləri təşkil edir;

  • beynəlxalq pullar – mal, xidmət və kapitalın bey­nəl­xalq dövriyyədə istifadə olunmaq imkanı, bütün funk­siyaları təkcə bir dövlət çərçivəsində yox, bütün dünya birliyi çərçivəsində yerinə yetirməsidir. Müasir mərhələdə pul vahidlərinin heç biri göstə­rilən funksiyanı tam mənada yerinə yetirmir.

Ardı →