Qışda dəriyə qulluq

Qışda dərimiz ciddi stresə məruz qalır: evin quruluğu, küçədəki şaxta, külək, rütubətin olmaması, az günəş və s. Dəri daha tez quruyur, narahatlıq hiss olunur. Buna görə gündə bir neçə dəfə intensiv nəmləndirici kremdən istifadə etmək lazım olur, xüsusən də üz və dodaqlara.
Qışda dərimiz xüsusi qulluq tələb edir. Tam qulluq 5 elementdən ibarətdir:
1) təmizlənmə;
2) tonizasiya;
3) nəmləndirmə;
4) qidalanma;
5) qorunma.         

Davamı →

Qışın gözəllik sirləri

Soyuq qış aylarında külək, şaxta, rütubətli hava və yağıntılar qadın üçün arzuolunmaz hallar yaradır, gözəlliyin qorunması sahəsində onlara çətinlik yaradır.

Soyuq havalarda üz və əl dərisi, göz ətrafları və dodaqlar quruyaraq kobudlaşır, saçlar öz canlılığını və təravətini itirərək solğunlaşır. Ona görə də qış fəsli bir çox qadınlar üçün quruyan və qaşınan dəri, çatlamış dodaqlar və elektriklənmiş saçlar kimi assosiasiya olunur.

Dermatoloqların dediyinə görə, qış aylarında tez-tez çox isti vanna və ya duş qəbul etmək dəridəki təbii yağların ifrazını artırır, onun qurumasını sürətləndirir. Ümumiyyətlə, qış aylarında üz dərisini isti su ilə yumaq məsləhət görülmür.
Davamı →

Qış fəslində dəriyə qulluq

Hər bir qadın üz dərisini cavan və sağlam görmək istəyir. Qışda bu daha problemli olur ki, üz dərimiz daim isti və soyuq, quru və nəm havanın növbələşməsinə məruz qalır.

Nəticədə dərimiz stres vəziyyətinə düşür. Onun müdafiə funksiyaları azalır, dəri qabıq verir, üzərində genişlənmiş kapilyarlar toru, ləkələr əmələ gəlir.

Bu səbəbdən üz dərimizin məhz qış fəslində müdafiəyəyə və reabilitasiyaya daha çox ehtiyacı var.

Tanınmış kosmetik şirkətlər qış fəsli üçün xüsusi məhsullar buraxır. Bu məhsulların üzərində «qoruyucu» («защитный») və «qış üçün» («зимний») qeydləri olur. Bundan əlavə kosmetik vasitənin məhz hansı dəri tipi üçün (quru, yağlı, normal) nəzərdə tutulması haqqında olan qeydinə də mütləq fikir vermək lazımdır. Qışda dərimiz tez-tez quruyur. Lakin dərisi yağlı olan insanlar hətta qışda quru dəri üçün olan kremlər və s. vasitələrdən istifadə etməməlidir. Quru dəri üçün olan kremlərin tərkibində elə komponentlər var ki, hətta qışda yağlı dəridə civzələrin artmasına səbəb olur.


Ardı →