Qışqırmaq döyməkdən yaxşıdırmı?

Son zamanlar bir çox valideynlər arasında belə bir tendensiya dəb halını alıb – “Uşağı vurmuram, əvəzində qışqırıram. Bu ki, vurmaqdan yaxşıdır”. Türkiyəli psixoloq Adəm Günəşin sözlərinə əsasən, çox sərt və yüksək səslə bağırmaq uşağın ürəyində çox dərin yaralar açır. Odur ki, bu cür bağırmağın döyməkdən heç bir fərqi yoxdur. Döyüldükdə də uşaq döyüldüyü üçün deyil, ürəyi ana-ata tərəfindən qoparıldığı və içinə qorxu düşdüyü üçün ağlayır.

Bir anlıq düşünün: övladımız bir kəsdən qorxduqda və ya kimsə tərəfindən incidildikdə bizim üstümüzə qaçır. İncidən şəxs özümüz olduqda isə biz uşaqlarımızın ümidsizliyə qapılmasına səbəb ola bilərik.
Davamı →

Səhv metod | Qışqırmaq

Uşağın üstünə qışqırmaq əslində güclülüyün yox, zəifliyin ifadəsidir. Çünki bu şəkildə deyilən bir söz heç vaxt arzuolunan nəticəni vermir. Bütün bunlar sınanmış, təcrübədən keçmiş həqiqətlərdir.

Əgər övladınızı istədiyiniz kimi tərbiyə etmək istəyirsinizsə, bunun yeganə yolu sevgidir, səmimiyyətdir. El arasında bir söz var: “Hoha var dağa mindirər, “hoha var dağdan endirər”. Bəlkə də ilk dəfə uşaq sizin qışqırmağınızdan çəkinərək dediyinizi edəcək, ancaq bir və ya bir neçə dəfədən sonra bu “üsul” mütləq iflasa uğrayacaq.

Övlad tərbiyəsi çox böyük təcrübə və məsuliyyət tələb edən işdir. Əgər işin içinə stress, gərginlik girsə, heç vaxt arzuolunan nəticə alınmır. Qışqırmaq zəiflik ifadəsi olmaqla yanaşı, eyni zamanda sizin son silahınızdır. Çünki bundan sonra artıq sizin uşağa qarşı heç bir təsir gücünüz qalmır. Burada ən doğru yol uşağın sevgisini, səmimiyyətini qazanmaqdır.


Ardı →