Məsud qız atası | Dr. Rüfət Şirinov

“Bir oğlana təhsil verməklə bir insan,bir qıza təhsil verməklə isə təhsilli bir ailə və cəmiyyət qazanarsınız.(H.Z.Tağıyev)
Son dövrlərdə üzülərək qarşılaşdığım mənzərələrdən biri də, qız övladı olan atalara, hərdən də analara ətrafındakı insanların təskinlik verməyə çalışmasıdır. Mahiyyətləri fərqli olsa da, bu mənə Hz. Peyğəmbərin (s.ə.s) yaşadığı dövrdəki cahiliyyə ərəblərinin qız övladlarından imtina etməsi və onları diri-diri torpağa basdırmasını xatırladır. Üzüntüm, o dövrdə torpağa basdıraraq qız övladından qurtulmağın yerini günümüzdə hələ doğulmadan qız olduğu üçün abort edərək qurtulmaq düşüncəsinin aldığını görməklə pik həddə çatır.
Davamı →

Cəza(hekayə)

 ...Çiçək iyirmi gün idi doğum evində qalmışdı.Üçüncü qızını dünyaya gətirmişdi.Bu iyirmi gündə nə əri,nə də qohumlarından kimsə ona baş çəkməmişdi.”Suç-luydu”-ərinə oğul bəxş etmədiyinə görə.Utanırdı xəstəxanadakılardan. Palata yoldaşları ərlərinin gəldiyini eşidib fəxrlə xəstəxana qapısına doğru “uçanda” pərt olur, için-için ağlayırdı. Düzdü,hamıdan əziz olan ata-anası, yaxınları hər gün yanına gəlirdilər,korluğu yox idi.Amma sədaqətlə sirdaşlıq etdiyi həyat yoldaşının qayğısına,sığalına ehtiyacı vardı. Uşağın qız olması özünün əlindəydimi? Beş gün xəstəxanada qalmalı ikən bu qədər qalırdı.Uşağın doğum haqqında şəhadətnaməsini düzəldib gətirmirdi ki çıxsınlar. Atası  qızının ailəsinin dağılmaması üçün səbir edirdi.
Ardı →