Məşhurların uğursuz və qəribə ölümləri

Rok-n-roll kralı tualetdə qusanda vəfat edib.2006-cı ildə məşhur avstraliyalı vəhşi təbiət eksperti, “timsah ovçusu” Stiv İrvin skat balığının iynəsi ilə onu ürəyindən sancması nəticəsində dünyasını dəyişib.

Tualetdə ölənlər çox olub, onlardan ən məşhuru isə Elvis Preslidir. Rok-n-rollun kralı tualetdə qusanda vəfat edib. Həkimlərin dediyinə görə, “kral”ın ölüm səbəbi köklük və dərmanlardan yaranan infarktdır.

Cerom İrvinq Rodeyl sağlam qida qəbulu tərəfdarlarından olub. “Bədbəxt bir təsadüf olmasa, 100-ə qədər yaşayacam” deyən Rodeyl 72 yaşında getdiyi bir tok-şouda infarkt keçirərək həyatını itirib.

“Müasir rəqsin anası” kimi tanınan, rus şair Sergey Yeseninin həyat yoldaşı olmuş Aysedora Dunkanın özü qədər məşhur şərfi 1927-ci ildə mindiyi maşının təkərinə dolaşıb və o, boğularaq ölüb.

1869-1916-cı illərdə yaşamış rus həkim, rahib, sirli Qriqori Rasputinin həyatı kimi ölümü də müəmmalı olub.
Rasputinə qarşı sui-qəsd planını knyaz Yusupov və Dövlət Dumasının üzvü Purişkeviç hazırlayıb.


Ardı →

Ölümlərini “kəşf edənlər”

Həm şöhrət, həm də pul gətirən şeylərdən biri də kəşfdir. İnsanlar həmişə nəsə icad etməyi arzulayıblar. Ancaq bəziləri var ki, kəşfləri insanlara fayda versə də, özlərinin ölümünə səbəb olub:

Mariya Küri – kimyaçı

İki dəfə Nobel mükafatını qazanan ilk qadın olan Küri də öz ixtirasının qurbanı olub. Çox yüksək radioaktivliyə malik radium və polonium elementlərini kəşf edən Küri I Dünya Müharibəsində yaralı əsgərləri müalicə etmək məqsədilə radiumdan alınan radon qazından istifadə edib. Ömrünün böyük hissəsini radioaktiv elementlərin içində keçirən Kürinin sağlamlığı getdikcə pozulub. Küri 4 iyul 1934-cü ildə 66 yaşında anemiyadan dünyasını dəyişib. 

Tomas Endrüs — memar
İrland Tomas Endrüs mindən çox insanın ölümünə səbəb olan “Titanik” gəmisinin memarlarından biri olub. Endrüs da həmin gəminin sərnişinləri kimi Atlantik okeanının dibinə yuvarlanıb. 
Ardı →