Dayanacaqda qəribə əhvalat

«Neftçilər» metrosunun çıxışında — işdən evə getdiyim yolun üstündəki avtobus dayanacağında həmişə beş-altı fahişə durur. Daha doğrusu, dayanacaqda yox, körpünün altında. Körpünün altı elə dayanacağa bitişikdir. Metrodan çıxıb dayanacağa gedənlər mütləq müştəri gözləyən bu qadınların yanından keçməlidir. Artıq istifadə müddəti çoxdan bitdiyi açıq-aşkar hiss olunan bu «qədim peşə» sahiblərinin azı 35 yaşı olar. Aralarında daha yaşlıları da var.
Ardı →