Əhval-ruhiyyəni yüksəldən təmizlik işləri

Bütün insanlar bəzən özlərini yorğun, bitmiş hiss edirlər. Ancaq bir fərq var, onlar sakitləşmək üçün özləri üçün üsullar tapırlar. Məsələn, evin içinin darmadağın olması da sizi əsəbləşdirə bilər. Yatağınızın kənarında toplanmış bir yığın paltarla mübarizə aparmaq əvəzinə bütün məsuliyyətlərdən qaçıb gün ərzində televiziyada kinoya baxmaq daha yaxşı bir variant kimi görünür.

Lakin bu işləri görməzdən gəlmək və təxirə salmaq yalnız daha böyük dağıntı meydana gətirəcək. Beləcə, sizin əhvalınız get-gedə korlanacaq, işinizn də artacaq. Siz heç bilirsinizmi əslində evdə görəcəyiniz bəzi işlər əksinə, əhval-ruhiyyənizi yüksəldə bilər?

Bu əməliyyatda 2 mərhələ var: əvvəlcə ətrafı təmizləyin. İkincisi, artıq ilk cəhdi etdiyinizə görə beyniniz daha çox iş görməyə hazırdır. İlk növbədə, bütün təmizlik ləvazimatlarını bir yerə yaxınlığınıza toplayın.
Davamı →