İlk hökmdar qadın Tomiris

Heredotun kitabında yer alan əfsanəvi hadisələrdən biri də İran şahı Kirin b.e.ə. 529-cu ildə öldürülməsi ilə bağlıdır. Kir müasir Azərbaycan ərazisində, Araz çayından şimalda yerləşən Massaket çarlığına
( bir çox tarixçilər bu çarlığı Orta Asiyada yerləşdirir, Arazı isə Amudərya ilə eyniləşdirirlər) yürüşü zamanı öldürülmüşdü.
Bu rəvayətin qəhrəmanı massaketlərin qətlə yetirilmiş şahının dul qadını Tomirisdir.
Heredot yazır: «Massaketlər, deyilənə görə, çoxsaylı və cəsur bir tayfa olub. Onlar issedonlarla qarşı-qarşıya, Günəşin doğuşu istiqamətində şərqdə, Araz çayının arxasında yaşayırdılar.

Davamı →

Sevgilinizlə aranızda güclü və dərin bağlılıq olduğunu göstərən əlamətlər

  • Sevgi
Aranızda böyük məsafələr olsa belə sevdiyiniz insanın necə olduğunu duya bilirsiniz. Bir baxışdan xoşbəxt olub-olmadığını başa düşürsünüz… Əgər partnyorunuzla aranızda güclü mənəvi bağlılıq varsa, o zaman sizi təbrik edirik, layiqli insanı tapmısınız. Ətrafınızdakıların əksəriyyətindən daha yaxşı həyat yaşayırsınız.
Bütün cütlüklərin arasında dərin mənəvi əlaqə olduğunu demək olmaz. Bu əvəzolunmaz bir hədiyyədir… Təəssüf ki, belə bir sevgiyə qovuşmaq milyonlarla insan üçün arzu olaraq qalır.

Davamı →

Qadın, gözəllik və təsviri sənət

İnsan zəkası, ruhu, məhəbbəti XX əsr və XXI yüzilliyin əvvəllərində də gözəl planetimizin həyatında baş verən çaxnaşmalara, müharibələrə, soyqırımlara, saysız-hesabsız siyasi hadisələrə baxmayaraq, mədəniyyət, mənəviyyat, elm, maarif, incəsənət, ədəbiyyat və başqa humanitar sahələrdə böyük xarüqələr yaratmışdır.

Əsrlər boyu xeyirlə-şər qüvvələri arasında gedən mübarizələr texniki tərəqqi dövrümüzdə dəhşətli hal alıb. Şeytan cildinə girmiş məkrli adamlar ulu Tanrımızın insanlara bəxş etdiyi gözəllikləri, saf duyğuları, ləyaqəti, ali, kamil insan ruhunu, tolerantlıq, dostluq hisslərini yırtıcı, dağıdıcı psixologiyası ilə məhv etməyə çalışırlar. Milyonlarla insanların eli, obası, yurdu viran qalır. Bu fəlakətdən baş götürüb qaçan insanlar qaçqın, köçkün vəziyyətinə düşürlər.İnsanların taleyinə biganəlik, multikultural dəyərlərin unutdurulması, ikili standart siyasəti günün bəlasına çevrilib. 
Davamı →