Tarixin ən qəddar qadın qatilləri - The Ladies of Death

Qrafina Batori:  17-ci əsrdə Macarıstanda 650-dək adamı qətlə yetirmişdir. 

Erjebet Batori Şərqi Avropanın ən hörmətli sülaləsinin nümayəndəsi olmaqla yanaşı tarixdə, qatillərin şahzadəsi də sayılıb. Ərini itirdikdən sonra,  gənc qrafina gənc qızlara əzab verməklə əylənirdi. O  əzab verir, öldürür və hətta qızların qanından vanna qəbul edirdi. Deyilənə görə, ailənin kişilərindən biri qrafiniyanı cinayət üstündə yaxalamış və aydın olmuşdur ki o 650-dək gənc qızı belə qətlə yetirmişdir. Cinayətin üstü açıldıqdan sonra Qrafiniyanı şəxsi sarayının zirzəmisində divara hörmüşlər.




Saltçixa:  18-ci əsrdə Rusiyada 140-a qədər insanı qətlə yetirmişdir. 

Dariya Nikolayevna Saltıkova rus mülkədarı. Ərini itirdikdən sonra o da öz qulluqçularını qətlə yetirirmiş. Dariya qızlara kəsici alətlərlə əzab verdikdən sonra nökərlərinə verərək qızı ölənəcən qırmanclatdırırdı. Bundan xəbər tutan Rusiya hökümdarı Yekatirina özü şəxsən onu cəzalandırmışdır. Dariyadan bütün mülk, titullarını almış və ömürlük monastırın  yeraltı zindanına salınmışdır. O məhkumluqdan sonra 33 il yaşamış, ölənəcən əməllərindən peşman olmamışdır.


Ardı →