Qan vermək

Qan vermək nədir?
Qan istehsal edilməyən bir toxuma olduğuna görə,yeganə mənbəyi sağlam qan ianəçiləridir. Qan ianəsi həm ictimai,həm fərdi baxımdan əhəmiyyət daşıyır. Çünki insan qan verdiyi zaman orqanizm yeni qan istehsal edir və bunun orqanizm üçün faydası çoxdur. Qan ianəsi,sağlam olan şəxsdən alınan bir miqdar qanın ehtiyac sahibi olan bir şəxsə ötürülməsi prosesidir. Böyük xəstəxanalarda qan toplama mərkəzləri yerləşir. Toplanan qan ehtiyac duyulduqda istifadə edilmək üzrə soyuq şkaflarda saxlanılır.

Kim qan verə bilər?


Yaşı 18-65,çəkisi 50 kq və ondan artıq olan hər bir sağlam insan qan verə bilər. Kişilərdə ən tez 2 ayda bir,qadınlarda isə ən tez 3 ayda bir olmaqla ildə 4 dəfədən çox olmamaq şərtilə qan verə bilərlər. Hüceyrələrin yenilənməsi isə 2 aya qədər vaxt alır. Davamlı qan vermək insan orqanizmi üçün nəinki ziyan,əksinə bir çox xeyirli tərəfləri var.
Davamı →

Tarixdə ilk qan köçürmə

 xəstəyə bir heyvanın qanı verilmişdi. Xəstə  qısa müddət sonraöldü və səbəbini heç kim anlamadı. Müxtəlif heyvanların qanları da işə yaramadıqda, insandan insana qan köçürməyi düşündülər. Qana ehtiyac olduqda qanının bol olduğunu düşündükləri və kortəbii seçilən bir neçə insandan qan köçürdülər. Ancaq bu sınaqların da çoxu uğursuzluqla nəticələndi. Qanköçürmə ilə məşğul olan həkimlər bu həyati əhəmiyyətə malik mayeni iki xüsusiyyətinə görə təhlil edib öyrənə bilmirdilər: qanın bədəndən kənarda laxtalanması və qan verilən insanın ölmə ehtimalı. Deməli, qanda həkimlərin bilmədiyi fərqli maddələr var idi. Biokimya adlı elm sahəsinin təşəkkülünə qədər bu fərqli maddələrin nə olduğu məlum deyildi.

XX əsrin əvvəllərində məlum oldu ki, qan adi qırmızı maye deyil. Hər insanın qanında onu digər insanlardan fərqləndirən müxtəlif faktorlar var. Ona görə, qanköçürmənin baş tutması üçün hər iki şəxsdə bu faktorlar uyğun olmalıdır. Qan qrupu insana məxsus xüsusi faktorların müəyyən edilməsidir. Qan qrupunu müəyyən edən 300-dən çox faktor var. Bu faktorların hər biri sizi digər insanlardan fərqləndirir.


Ardı →