Qanda "-" və "+" rezuslar

Cavan bir qadın həyəcanla danışır, həkim onu diqqətlə dinləyirdi. Dediklərindən belə məlum olurdu ki, həyat yoldaşının və özünün razılığı ilə ilk hamiləlik abortla sonlanmış, ikinci hamiləlikdə körpə ölü doğulmuşdur. Üçüncü hamiləlik isə yeni doğulmuş körpənin sarılıq xəstəliyinə tutulması və bir neçə saatdan sonra tələf olması ilə nəticələnmişdir. İndi gələcək hamiləliyin qayğısına qalan qadın bunların səbəbini, müalicənin mümkün olub olmamasını soruşurdu...
Aparılmış müşahidələr göstərir ki, bəzən sağlam ailədə uşaq sarılıq əlamətləri ilə doğula bilər. Lakin belə körpələr bir neçə gündən sonra tələf olur, tək-tək sağ qalanlarda isə bir müddətdən sonra sinir sisteminin zədələnməsi müşahidə edilir. Müalicə olunmamış belə uşaqlar həyatları boyu əlil qalırlar. Bunun səbəbi uzun müddət müəyyən edilməmişdir.
1940-cı ildə isə insan qanında rezus amilin kəşf edilməsi həmin xəstəliyin səbəbini aydınlaşdırdı.

Davamı →