Adəti qəbizliyin çarələri

Adəti qəbizlik günümüzdə qida və həyat rejimindən asılı olaraq çoxumuzun rastlaşdığı problemdir. Bəzən yanaşı xəstəliklər olmasa da qəbizlik özü elə bir sıra xəstəliklərin mənbəyi sayıla bilir. Qəbizlikdən əziyyət çəkən bir çox insanlar öz xəstəliklərindən uzun müddət şikayət etməyə və özlərini diskomfort hiss etməyə bilərlər. Məhz bunun nəticəsidir ki, onlar adəti qəbizliklə əlaqədar olaraq heç vaxt həkimə müraciət etmək barədə düşünmürlər. Lakin onu da unutmaq olmaz ki, adəti qəbizlik zamanı insanın həyat fəaliyyəti nəticəsində yaranmış lazımsız məhsul və şlaklarla orqanizmin autointoksikasiyası baş verir.


Davamı →

Qarın boşluğu şişləri

Qarın boşluğu və retroperitoneal sahənin şişləri orqan və qeyri-orqan mənşəli şişlərə bölünür. Orqan mənşəli şişlərə böyrək, böyrəküstü, yuxarı sidik yollarının şişləri aiddir. Həmçinin, böyrək və yuxarı sidik yollarının şişləri qarın boşluğu şişləri arasında birinci yeri tutur. Qeyri-orqan mənşəli şişlərə ( orqan mənşəli olmayan ) piy, boş birləşdirici toxuma, əzələ, fassiya, damar, sinir, simpatik sinir düyünləri, limfa düyünləri və damarlarından yaranan şişlər aiddir. Bunlara müxtəlif kistalar, teratoma və embrional xərçəng növləri aiddir. İlkin qarın boşluğu şişləri nadir halda rast gəlinir və cəmi 3% təşkil edir. Bədxassəli şişlər təəssüflə qeyd etmək lazımdır ki, çoxluq təşkil edir və 70-80% hallarda rast gəlinir. Onlar arasında müxtəlif histoloji xüsusiyyətlərə malik sarkomalara rast gəlinir. Xoşxassəli şişlərə isə fibroma, lipoma, nevrinoma, leyomioma aiddir.


Ardı →