Qara düyü

Son zamanlar market rəflərində adət etmədiyimiz bir qida növü ilə tez-tez rastlaşırıq - qara düyü. Mütəxəssislər bildirir ki, bu düyü növü ağ düyüdən daha faydalı olur. Çünki qara düyünün qidalandırıcı dəyəri çox yüksəkdir.  
 
Türkiyəli dietoloq Fatma Gönen deyir ki, qara düyü antioksidant dəyərinin yüksək olması səbəbi ilə qocalmanın qarşısını alır: “Hər nə qədər bişməmiş düyünün rəngi qara olsa da, bişdiyində bənövşəyi bir rəng alır. Dünyada «superfood» (super qida) olaraq adlandırılan, mineral və vitamin baxımından ən zəngin qidalar arasındadır. Antik çağlardan bəri çinlilər tərəfindən istehlak olunmaqda olan qara düyü «qadağan düyü” olaraq da bilinir. Qadağa olaraq adlandırılmasının səbəbi çox az yetişdiyi üçün sadəcə imperatorların yeməsinə icazə verilməsindən qaynaqlanır. Bişdiyində isə bir az əzildiyi üçün Asiya mətbəxində daha çox şirniyyat olaraq yeyilir”.
Davamı →