Qısa qara don - Necə yarandı

Qadınların vaz keçilməzi: Qara donlar

Qara rəng hər nə qədər matəm, yas əlaməti hesab olunsa da, qadın qarderobunun şah rəngidir. Məhz bu rəngdə biçilmiş qara donda xanımlar daha cazibədar, zərif və incə görünür. Qara rəngə təkcə kök xanımlar arıq görünmək üçün müraciət etmir. Nərmə-nazik xanımlar da sevə-sevə qara rəngi seçirlər. Kişilər isə nahaq yerə, qara don geyinən qadınların daha seksual göründüyünü iddia etmirlər. Çünki qara ehtirası və şəhvəti ifadə edir.
Davamı →

Qadın gözəlliyini tamamlayan rənglər

Hər bir qadının arzusu qarşı cinsin diqqetini cəlb edən çəkici bir imic sahib olmaqdır. İlk baxışda qadınlar imicini dəyişməyə cəhd etməkdən çəkinir. Lakin bunun üçün özünüzə gün ərzində bir neçə extra dəqiqə ayırmaq və müəyyən qadın sirrlərini bilmək kifayyət edərd. Bildiyimiz kimi işgüzar imicə mühafizəkar və işgüzar geyim tərzi sayəsində nail olmaq mümkündür. Əgər maliyyə vəsaitiniz məhduddursa, onda onu kəmiyyətə deyil, keyfiyyətə yönəldin. Dəqiqliklə seçilmiş geyimlər həm işinizin xeyrinə olacaq, həm də şkafınızı lazımsız paltardan azad edəcək.  Ustalıqla və keyfiyyətli materiallardan tikilmiş geyimlərdən müxtəlif variantlarda istifadə edəcəksiniz. Geyim tərzi

Klassik tərz. Bu tərz illər ötsə də, yaxşı görünür. Ona görə ki, klassik üslubda tikilmiş geyimlər əbədidir, modanın tendensiyaları kimi dəyişmir. Ciddi, dəyişən dəblərin tendensiyasına uyğun tikilməyən geyimlərin universal elementləri olur. Yaxşı tikilmiş klassik pencəkdən parlaq və dəblidən daha çox istifadə edəcəksiniz. Çünki ikincisi növbəti mövsüm dəbdən düşəcək. Klassik üslublu geyimdə istənilən vəziyyətdə yaxşı görünəcəksiniz. Bir neçə dəbdə olan aksesuar əlavə etməklə müasir görünmək heç də çətin deyil.

Təməl rənglərdən istifadə edin. İşgüzar qarderob əsas «işgüzar rənglərdən» ibarət olmalıdır. İşgüzar qadının qarderobunda qara, göy, tünd göy, zoğalı, qəhvəyi, bej və boz rənglər olmalıdır. İşgüzar kişinin qarderobunda isə tünd göy, göy, boz və bej rənglər. Çox parlaq rənglərdən uzaq olun.

 


Ardı →