Qarpız və feta pendiri ilə salat

İnqrediyentlər:
2 ədəd pomidor
150 q. təzə qarpızın meyvə əti
1 ədəd bolqar bibəri
1 ədəd xiyar
90 q. təzə qırmızı turp
zeytun yağı
115 q. feta pendiri
2-3 budaq təzə nanə
60 q. yaşıl soğan
1 stəkan qatı yoğurt
Bir çimdik qurudulmuş oreqano

Hazırlanması:
Pomidoru, yaşıl bibəri və tumlardan təmizlənmiş qarpızı kublara doğrayın. Xiyarı və qırmızı turpu dilimlərə doğrayın. Tərəvəzləri iri salat qabına yiğıb üzərinə zeytun yağı tökmək lazımdır. Sonra onlara iri doğranılmış nanə, yaşıl soğan və feta pendiri əlavə edib qarışdırmaq lazımdır.

Qalan feta pendirini, yoğurtu, nanəni, zeytun yağını və oreqanonu blenderdə sous halına qədər əzib salatın üzərinə əlavə etmək lazımdır.
Davamı →

Qarpızlı toyuq salatı

İnqrediyentlər:
Toyuq filesi – 100 q.
Qarpız – 50 q.
Pendir – 20 q.
Fındıq – bir ovuc
Salat yarpaqları
Ətirli sirkə
Zeytun yağı
Cəfəri

Hazırlanması:
Fileni qaynadıb kublara bölün. Qarpızı da həmçinin təmizləyib kublara bölün. Pendiri xırdalayın. Cəfərini yuyub yarpaqlarını qopardın. Hazır inqrediyentləri birləşdirib qarışdırın. Sirkəni yağ ilə qarışdırıb salatın üzərinə əlavə edin. Hazır salatın üzərinə cəfəri və fındıq səpin.
Davamı →