Qarğıdalı

İnsan bədəninin ehtiyac duyduğu lifin 23%-ni qarğıdalı qarşılaya bilər.Qarğıdalı 18.3 % lifdən ibarətdir. Bu tərəvəzin tərkibində zülal, kalsium, dəmir, fosfor, A və B2 vitaminləri var.Nişastası son dərəcə zəngin olan bu bitki ağ, sarı, qırmızı rənglərdə olur.Qeyd edək ki, vətəni Mərkəzi Amerika olan qarğıdalı ilk dəfə Xristofor Kolumb tərəfindən kəşf edilərək Avropaya gətirilib, oradan da bütün qitələrə yayılıb.
Ardı →

Qarğıdalı yağı

Qarğıdalı yağı çox işlədilən və ucuz yağlar içərisində ən xeyirlisidir. O, mineral maddələrlə, kalium, fosfor, kalsium, maqnezium duzları ilə zəngindir. Bundan əlavə, onun tərkibinə doymamış yağ turşuları omeqa-6 və omeqa-3 daxildir. E vitamini isə onun tərkibində zeytun yağına nisbətən 10 dəfə çoxdur. Qarğıdalı yağı əzələləri möhkəmləndirir, orqanizmin müqavimətini artırır. O, bişirilərkən kanserogenlər əmələ gətirmir, köpüklənmir və yanmır. Bu baxımdan ətin, balığın, tərəvəzlərin qızardılması və pörtlədilməsi üçün yararlıdır.
Ardı →

Qarğıdalı

Qarğıdalı Amerikada mədəniləşdirilmiş ən qocaman dənli bitki hesab olunur. Hinduların çörəyi, yaymaları, xəşili, içkiləri zaman-zaman qarğıdalıdan hazırlanmışdır.
Mayya hinduları mədəniyyətinin tədqiqatçısı R.V.Kinjalovun fikrincə qarğıdalının vətəni Mərkəzi Amerikanın cənub dağlıq hissəsidir. Burada tapılan qarğıdalı izləri arxeoloqları V minilliyə aparır. Hindular qarğıdalıya allah kimi səcdə etmişlər. Güman edilir ki, qarğıdalı sözü («ixim») «dolandıran», «saxlayan» mənası verir. Mayya hindularına qarğıdalının bir neçə növü məlum olmuşdur. Onlar qarğıdalı əkinləri ilə həmişə fəxr etdirmişlər.
Arxeoloji sərvətlər arasında Meksikada 6950 il yaşı olan mədəniləşdirilmiş qarğıdalı tozcuqları tapılmışdır. Nyü-Meksika ştatındakı Bat-Keyv mağarasında tapılmış qarğıdalı tozcuqlarının isə 5600 ilə yaxın yaşı olduğu müəyyən edilmişdir.


Ardı →