Səni çox sevirəm

Nyu-Yorkda yaşayan bir müəllim liseyin son sinfindəki şagirdlərini mükafatlandırmağı qərara almışdı.

Kaliforniya liseylərindəki bir təcrübədən istifadə edərək, şagirdlərini bir-bir lövhəyə çağırdı. Əvvəlcə, şagirdlərinə həm sinif yoldaşları, həm də onun üçün nə qədər qiymətli olduqlarını dedi. Sonra da hər birinə üzərində qızıl hərflərlə “Siz bizim üçün çox qiymətlisiniz” sözləri yazılmış mavi bir lent verdi. Ancaq məsələ bununla bitmirdi. Müəllim bu təcrübənin cəmiyyətdə necə təsir doğuracağını öyrənmək istəyirdi. Ona görə də hər şagirdə əlavə üç mavi lent verdi. Onlar da bu lentlərlə başqalarını “mükafatlandıracaq” və nəticə barədə bir həftə ərzində siniflərinə məlumat verəcəkdilər...

Şagirdlərdən biri yaxınlıqdakı şirkətin vəzifəli şəxslərindən birini “mükafatlandırmış”, yaxasına mavi lent sancmışdı. Sonra da əlavə iki lent verərək: “Sinfimizdə bir layihə həyata keçiririk. Əgər mümkünsə, siz də istədiyiniz bir adamı mükafatlandırın və ona əlavə bir lent verin. Qoy, o da başqasını mükafatlandırsın”, — demişdi...

O gün həmin vəzifəli şəxs acıdilliyi ilə tanınan müdirini mükafatlandırmağı qərara aldı. Müdirinin otağına girərək, “dahi bir insan olduğu üçün” onu mükafatlandırmaq istədiyini bildirdi. Sonra da mavi lenti yaxasına sancmaq üçün icazə verib-vermədiyini soruşdu.


Ardı →

Insan sevgisi

Hindli bir adam suda bata çıxa irəliləməyə çalışan bir əqrəb görər. Onu qurtarmağa qərar verər və barmağını uzadar, amma əqrəb onu sancar.
Hindli təkrar əqrəbi sudan qurtarmağa çalışar, amma əqrəb onu təkrar sancar. Yaxınlardakı başqa biri ona, onu davamlı sancmağa çalışan əqrəbi qurtarmağa çalışmaqdan imtina etməsini söyləyər.
Amma Hindli adam belə cavab verər:
-Sancmaq əqrəbin təbiətində vardır. Mənim təbiətimdə isə sevmək var. Niyə sancmaq əqrəbin təbiətində var deyə öz təbiətimdə olan sevməkdən imtina edim?"
Sevməkdən imtina etməyin. yaxşılığınızdan imtina etməyin, ətrafınızdakı əqrəblər sizi sancsalar belə!


Davamı →