Səməd Vurğun və Muxtar Auezov: tarixi mövzulara fərdi yanaşma

Bədii fikir tarixində nə qədər novasiyalar baş versə də, ədəbiyyat tarixçiliyi özünün inkişaf istiqamətlərinə, həm də retrospeksiyanın köməyi ilə nəzər salmağı üstün tutmuşdur. Bununla belə, elə sənətkarlar vardır ki, onların yaradıcılığı milli ədəbiyyatın yükünü çiynində daşıyıb, daim bədii təfəkkürün yolunu işıqlandırmaqdadır. Əslində, belə planetar düşüncəli sənətkarlar hər xalqın ədəbiyyatında kompas rolunu oynamış və bu gün də oynamaqdadırlar.

Davamı →

Müasir qazax ədəbiyyatında Nizaminin özü və sözü

 Müasir mərhələdə türk milli-estetik təfəkkür keyfiyyətlərini özündə qoruyub saxlayan, milli-mənəvi varislik ənənələrindən əhəmiyyətli dərəcədə bəhrələnən, onun genetik-funksional daşıyıcısına çevrilən, türk xalqları mədəniyyətinin inkişafına layiqli töhfələr verən xalqlardan biri də qazaxlardır. XIX əsrin əvvəllərindən başlayaraq yeni tipli yazılı ədəbiyyata sahiblənən qazaxlar son iki yüz ildə Abay Kunanbayev, Cokan Vəlixanov, Cambul Cabayev, Sabit Dopentayev, Səkən Seyfullin, Sabit Mukanov, Mukaqali Maqotayev, Muxtar Auezov, Xalijan Bekxojin, Oljas Süleymenov və b. sənət adamlarının formalaşdırdıqları böyük ədəbiyyat nümunələri ilə qazax ədəbi sərhədlərini aşaraq ümumtürk mədəniyyəti arenasında özlərini təsdiqləmiş və bu arenada əhəmiyyətli yerlərdən birini tuta bilmişlər.

Davamı →