Sergey Dovlatovun qeydləri

Sergey DovlatovSovet filmlərində çoxlu səs-küyün olduğuna fikir vermişdim. Radio bağırır, nəqliyyat danqıldıyır, uşaqlar ağlaşır, itlər hürür, sərçələr də cikkildəyirlər. Qəhrəmanların danışıqları yaxşı eşidilmir. Səs-küyə olan çox qəribə meyil var. 

Buna oxşar bir hissi mən Braytonun restoranlarında da hiss etmişəm. Səs-küy harada lap çoxdur, camaat da orada toplaşır. Bəlkə, səs-küydə heç kim olmaq daha asandır? 

Hessenin Dostoyevski haqqında mülahizələri. 
Hesse hesab edir ki, bütün qaranlıq, şüursuz, qeyri-aydın və xaotik – Asiyadır. Əksinə, şüur, mədəniyyət, məsuliyyət, icazə olunanla qadağa arasındakı aydın sərhədlərə malik – Avropadır. Qısası, şüursuz – Asiyadır, yəni Şər. Bütünlüklə şüurlu olan – Avropadır, yəni Xeyir. 
Hesse keçən əsrin sadəlövh adamı idi. Onun heç ağlına da gəlmirdi ki, Şər tamamilə şüurlu ola bilər. Hətta prinsipial da ola bilər. 

Bütün ədəbiyyat üç sferadan ibarətdir:
1. Müəllifin ifadə etmək istədiyi.
2. Müəllifin ifadə etməyi bacardığı.
3. Müəllifin özü də bilmədən ifadə etdiyi. 
Üçüncü sfera ən maraqlısıdır. Məsələn, Henri Millerin yaradıcılığında ən cəlbedici – dramatikləşdirilmiş, əzab çəkmiş optimizmdir. 

Hekayəçi səs və eşitmə səviyyəsində fəaliyyət göstərir. Nasir – ürək, ağıl və qəlb səviyyəsində. Yazıçı – kosmik səviyyədə. 
Hekayəçi insanların necə yaşadığını deyir. Nasir – insanların necə yaşamalı oduğunu. Yazıçı – insanların nədən ötrü yaşadığını. 
Ardı →