Qeysəriyyə kəsiyi əməliyyatı nə zaman tətbiq olunur

Hal hazırda bəzi hamilə qadınlar buna heç bir ciddi səbəb olmadan təbii doğuşdan imtina edərək, qeysəriyyə kəsiyi əməliyyatını seçirlər.
Bu çox səhv yanaşmadır.
Bütün digər cərrahiyyə əməliyyatlarında olduğu kimi, qeysəriyyə kəsiyi əməliyyatı da yalnız buna ciddi göstərişlər olduğu halda tətbiq edələ bilər (yəni vaginal doğuş mümkün deyil və ya ana və uşaq üçün təhlükəlidir).
Davamı →

Qeysəriyyə əməliyyatı ilə doğulan körpələr haqqında 5 gerçək

Qeysəriyyə ilə dünyaya gələn körpələr təbii yolla yox, uşaqlığın kəsilməsi ilə dünyaya gəlirlər. Bu süni yolla doğuş sayılır və həkimlərin köməyi ilə cərrahi yolla həyata keçirilir.

Bəzi hallarda cərrahi yolla uşağı dünyaya gətirmək ana və uşağın sağlamlığı üçün vazkeçilməz sayılır, bəzən analar özləri könüllü olaraq uşaqlarının cərrahi yolla dünyaya gəlməsini istəyirlər. Amma çoxları qeysəriyyə yolu ilə dünyaya gələn uşaqlar haqqında söylənilən 5 şeyi bilmirlər.

1. Qeysəriyyə — hiperaktiv uşaqlar
Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqlar hiperaktiv olurlar. Onlarda diqqət dağınıqlığı, aktivliyin artması müşahidə edilir. Bu problemlər cərrahi yolla dünyaya gələn uşaqlarda olmaya da bilər. Amma, əgər uşaq hiperaktivdirsə o zaman uşağa diqqətlə yanaşıb bunun öhdəsindən gəlmək olar.
Davamı →

Qeysəriyyədə hansı narkoz uşağa zərərsizdir?

Hamilə qadınları 9 ay sonuna kimi düşündürən əsas suallardan biri hansı doğuş növünü seçəcəyidir. Mütəxəssislər təbii ki, heç bir göstəriş olmasa təbii doğuşu məsləhət bilirlər. 

Ancaq bəzi məqamlarda isə qeysəriyyəyə göstəriş verilir. Qeysəriyyə əməliyyatı ümumi narkoz ilə xəstə yatızdırılaraq və ya beldən aşağı uyuşdurularaq iki formada edilir. Beldən aşağısını uyuşdurmağın özü də iki növə bölünür: Spinal və epidural narkoz.

Bəs hansı daha faydalıdır?
Spinal ve epidural narkozda xəstənin şüuru açıq olur, sadəcə beldən aşağısı və ayaqlar uyuşur. Qeysəriyyədə həm spinal, həm də epidural, hətta bəzən ikisi birdən tətbiq olunur. Normal doğumda isə sadəcə epidural narkoz tətbiq edilir (ağrısız doğum üçün). Spinal narkoz normal doğumda tətbiq edilmir. Bu üsulların hər biri narkoz mütəxəssisləri tərəfindən tətbiq edilir. 
Davamı →

Yalnız qeysəriyyə əməliyyatı etdirən anaların bildiyi 3 şey

  • Qadın
Ana olmaq böyük xoşbəxtlikdir, amma eyni zamanda ağır zəhmətdir. Ananın vəzifələrinə bir sıra öhdəlikləri düşür ki, onları yerinə yetirmək üçün həqiqətən böyük qüvvə və səbir tələb olunur.

Onlarıdan biri də qeysər kəsiyi əməliyyatıdır. Qeysəriyyə əməliyyatının izlərini bədənində qürurla gəzdirən qadınlar haqqında bilinməyən həqiqətlər:
Davamı →