Gözəl qaşlar

gözəl qaşlar qadının yaraşığıdırDaim gözəl və formada olmağı sevən qadınlar yəqin bilirlər ki, üzün quruluşunu əsaslı şəkildə dəyişən cizgi məhz qaşlardır. Sıx, enli və səliqəsiz qaş istənilən gözəl üzü çirkin göstərə bilər.
Doğrudur, bizim adət-ənənələrimizə görə subay qadınların qaşlarını alması düzgün deyil. Lakin nəzərə almaq lazımdır ki, müasir insanlar nəinki qaşın, hətta burunun, dodağın, üzün formasını da dəyişmək imkanına malikdirlər. Qaşları nazik və qismən səliqəli olan qızların bu baxımdan problemləri azdır. Lakin çox sıx və qalın qaşa maliksinizsə, gözəl görünmək naminə onlara forma verməlisiniz! Unutmayın ki, qaşın quruluşu sifətin ifadəsini də dəyişir. Adətən, qaşların təbii formasını saxlamaq məsləhət görülür. Qaşlarına əl gəzdirmək istəyən xanımların birinci dəfə kosmetoloqa müraciət etmələri məsləhətdir.
Davamı →