Allergiyanı tətikləyən qidalar

Bizim üçün adi olan yeməklər allergiyası olanlar üçün ölümcül ola bilər. İmmun sistemi ziyansız bir maddədən təhlükə hiss etdikdə allergik reaksiya meydana gəlir.
Allergiyaya səbəb olan qidaları öyrənərək evinizə gələn qonaqların həyatını qurtara bilərsiniz.

Bu 10 qida allergiya yaradır:

  • Buğda
    Allergiyası olanlar buğda ununu yesə, ciddi problemlə qarşılaşar. Buğda allergiyası uşaqlıqda, ya da daha irəli yaşlarda yarana bilər. Buğda üçün allergik reaksiyalar arasında astma, atapik dermatit, allergik rinit (burun axıntısı) və anafilaktik şok iştirak edir. Buna görə də buğda allergiyası olanların çox diqqətli olması lazımdır.

Davamı →

Uşaqlarda allergiyaya ən çox səbəb olan qidalar

Uşaqlıqdakı qida allergiyası bəzən inkişaf prosesində yox olur, bəzən yetkinlik dövründə də davam edir. Bəs, hansı qidalar allergiyaya daha çox səbəb olur? Qida allergiyası hansı şikayətlərə yol açır? Qida allergiyası  diaqnozu necə qoyulur? Qida allergiyası necə müalicə olunur?
Qida allergiyasında şikayətlər, immunitet sistemimiz qidalardakı zülalları “təhlükə” kimi qəbul etdikdə və anormal reaksiya verdikdə ortaya çıxır. Qida allergiyasının  tez-tez körpəlikdə və uşaqlıqda görülməsinə baxmayaraq, yetkinlik dövründə də ortaya çıxa bilər.

Davamı →

Qida allergiyası

Qida allergiyası normal və zərərsiz qida inqrediyentlərinə qarşı istənilən allergik reaksiyadır.
İstənilən qidanın tərkibində allergenlər ola bilər. Adətən zülallar, daha az hallarda isə piylər və karbohidratlar allergik reaksiyalara səbəb ola bilər.

Normada immun sistemimiz adi qidalara heç bir ciddi reaksiya vermir. Lakin bəzi insanların immun sistemi adi qidaları zərərli maddələr kimi qəbul edir. Nəticədə orqanizmdə xüsusi qoruyucu mexanizmlər işə salınır. Bu isə öz növbəsində müxtəlif pozulmalara səbəb olur — dəridə səpgilər, ödem, ishal, qusma, asfiksiya (boğulma) və s.

Bəzi hallarda immun sistemi prosesə daxil olmur. Bu halda insanda yalnız mədə-bağırsaq pozulmaları yaranır — köp, ishal. Bunu qida allergiyası kimi deyil, sadəcə hər hansı qidaya dözülməzlik kimi qəbul etmək olar.

Əsl qida allergiyasına nadir hallarda rast gəlinir. Əksər hallarda onun səbəbi irsiyyət olur. Uşaqlarda allergiya adətən həyatın ilk illərində daha çox yumurta zülallarına qarşı olur, onlar böyüdükcə həmin dövrdən çıxırlar. Qida allergiyası olduğu güman edilən böyüklərin təxminən 80%-ndə əslində ekspertlərin “qida psevdoallergiyası” adlandırdıqları hal müşahidə olunur. Onların simptomları əsl qida allergiyası kimi olmasına baxmayaraq, onun səbəbi sadəcə həmin qidaya dözülməzlik, hətta bəzən qidaya qarşı psixosomatik reaksiyalar ola bilər (xəstələr elə hesab edir ki, həmin qida onlarda allergiya yaradır).
Ardı →