Yemiş tumunun faydaları

  • Flora
Yaz aylarının ən şirin, ən gözəl meyvələrindən biri olan qovun (yemiş) insanı sakitləşdirici qoxuya malikdir. Yeməkdən əvvəl yemiş yemək çox faydalıdır. Həzm orqnlarını təmizləyir və xəstəlikləri aradan qaldırır. O şəkər, zülal və nişasta ilə zəngin olduğu üçün onu asanlıqla qida əvəzi kimi istifadə etmək mümkündür.

B vitamini və yodla zəngin olan yemişin tumu da çox faydalıdır. Yeməklərdən əvvəl bir stəkan yemiş tumu suyu içmək böyrəkləri və sidik kisəsinin təmizləyir.

Bu şirin meyvənin tumlarını suda qaynadıb için. Bu suyun cinsi gücü artırdığı və afrodizyak təsir yaratdığı deyilir.

Davamı →

Qovun (yemiş)

Çox ehtimal ki, qovun da qarpız qədər yaşa malikdir. Onun ilk vətəni isti yerlər — Ön, Orta və Kiçik Asiya, eləcə də İran, Əfqanıstan olmuşdur.
Ön Asiyanın özünə məxsus (endemik) «açur», «kassaba», «kantaluna» kimi qovun sortları vardır. Orta Asiya qədimdən yüksək keyfiyyətli, şirin qovunları ilə tanınırdı.
Qovun Hindistan əhalisinə də qədimdən tanışdır. Burada indi də onun yabanı sortlarına rast gəlmək olar. Əhali bundan ərzaq kimi istifadə edir.
Misir mədəni qovunun ilk yayıldığı yerlərdən biri sayılır. Arximandrid İyeronimin məlumatlarında deyilir ki, Misir qovunu iri olur. Onun uzunluğu 90 santimetr, en kəsiyinin diametri isə 50 santimetrə çatır, «əti» ayrı-ayrı xəstəlikləri, eləcə də iltihabı sağaltmağa kömək edir. Demək olar ki, misirlilər üçün qovun həm yeməkdir, həm içkidir, həm də dərman.


Ardı →