Qoz yağı

Qoz qədim zamanlardan intellektin və müdrikliyin meyvəsi hesab edilib. Qədim zamanlarda İran alimləri qozu insan beyninə bənzətmiş və ondan alınan yağın insan zəkasına və ağlına təsir etdiyini söyləmişlər. İllər keçdikcə isə bu söz öz təsdiqini tapmış və mübahisə doğurmamışdır.

Soyuq sıxılma üsulu ilə əldə edilmiş qoz yağı kəhraba rəngində, özünəməxsus orjinal qoxuya sahib olur. Onun digər yağlarla qarışımınına yol vermək məsləhət deyil. Belə ki, bu zaman qoz yağının ətri öz əvəzolunmaz qoxusu ilə digər yağların ətrini üstələyir.

Necə seçməli?
Soyuq üsulla sıxılmış qoz yağı almaq lazımdır. Kiçik və ağzı kip bağlı şüşələrdə satıılan qoz yağını almaq məsləhət görülür.
Davamı →

Qoz yağının faydaları

İltihabı sağaldır
Omega 3 və omega 6 kimi doymamış yağlar ilə qoz revmatizm və digər iltihablı xəstəliklərə tutulma riskini əhəmiyyətli dərəcədə azaldır.

Ekzema kimi dəri xəstəliklərindən qorunmanı təmin edir
Gündə bir neçə qaşıq qoz yağı qəbul etmək ekzema kimi dəri xəstəliklərinin müalicəsinə kömək edir.

Qoz qocalmanın təsirlərini azaldır
Antioksidant tərkibli qoz və qoz yağı hüceyrə məhvinə səbəb olan sərbəst radikalları nəzarət altında saxlayır və qocalmanın təsirlərini gecikdirir.
Davamı →