Qulaqda səslərin yaranma səbəbi

Qulaqda səsin-küy, cingiltinin yaranması çox zaman adi hal kimi dəyərləndirilir. Bu problemlə üzləşənlər küyün, səslərin öz-özünə keçib gedəcəyini düşünürlər.
Amma bəzən qulaq küyü keçmək əvəzinə illərlə davam edir.
Qulaqda səslər nədən yaranır? Bunun qarşısını necə almaq olar?

Burun-qulaq-boğaz-baş və boyun cərrahiyyəsi uzmanı Elnur Əkbərov «bəzən insanın qulağı tutulur, sanki bir vakuuma düşmüsən. Qulağında qəribə bir səs yaranır, bir uğultu eşidirsən. Havada uçursan elə bil. Belə uğultu çoxunu yorur, çünki insanda üzgünlük yaradır. Balıqqulağını qulağa dirəyəndə, dənizin səsini xatırladan bir səs əmələ gəlir, bunun bənzəri də qulaq tutulmasında baş verir. İnsan qulağındakı səs-küydən yorulur, bilmir başını hara qoysun, necə dincəlsin.»


Davamı →