Limonlu qurabiyə

Ərzaqlar:
1 ədəd limon
100 qr kəpəkli un
üyüdülmüş yulaf
2 ədəd yumurta
200 ml yağsız qatıq
şəkər əvəzləyicisi və qabartma tozu (zövqə görə)

Hazırlanma qaydası:
Yulaf və kəpəkli unu qarışdırıb, zövqə görə şəkərəvəzləyici və qabartma tozu əlavə edin. Qatıq və yumurtaları da qarışıma əlavə edin. Üzərinə qabığı ilə birgə blenderlə püre halına gətirilmiş limon da əlavə edin.

Xəmiri qarışdırıb, qoz böyülüyündə kündələr qopardın. Əlinizlə üzərinə basaraq qurabiyə formasını verin. Qurabiyələri perqament kağızı sərilmiş soba sinisinə düzüb, 200 dərəcə isidilmiş sobada 15 dəqiqə üzəri tündləşənədək bişirin. Nuş olsun!
Davamı →

Qozlu qurabiyə

Ərzaqlar:

Xəmir üçün:
3 stəkan yarım un + bir az əlavə (lazım olsa)
Bir çimdik duz
2 çay qaşığı yarım qabartma tozu
1 stəkan duru yağ (tünd iyi olmayan hər hansı bir yağ — zeytun və ya qarğıdalı ola bilər)
125 qram kərə yağı — otaq temperaturunda yumuşalmış
2 xörək qaşığı alma və yaxud üzüm sirkəsi
1 stəkan qatıq
1 stəkan xırda doğranmış (amma çox xırda deyil)qoz ləpəsi
1 stəkan dənəsi çıxardılmış və halqavari doğranmış qara zeytun
Ardı →