İslam ədaləti

İstanbulun fəthindən sonra Fateh Sultan Mehmet xan bütün əsirləri azad etmişdi. Lakin əsirlərin içindən iki keşiş zindandan çıxmaq istəmədiyini bildirdi. Keşişlər Bizans imperatorunun xalqa verdiyi zülm və işgəncəyə görə ona ədalətli olmağı tövsiyə etdiyi üçün zindana atılmışdılar. Onlar da bir daha həbsdən çıxmamağa and içmişdilər.

Bu məsələ Fatehə çatdırıldı. O, əsgərlərini göndərərək keşişləri hüzuruna dəvət etdi. Keşişlər zindandan nəyə görə çıxmaq istəmədiklərini Fatehə də danışdılar. Fateh dünyanı lənətləyən o iki keşişə belə dedi:
Ardı →

Qızıllar haqqında maraqlı faktlar

  • Bəşər tarixi boyu istifadə olunan qızılların 90 faizi 1848-ci ildən sonra tapılıb.
  • ABŞ-da tapılan ilk qızıl külçə 7.7 kiloqram ağırlığında olub. Bu, 1799-cu ildə Şimali Korolinada baş verib.
  • Yer kürəsinin qabığı təşkil edən hər milyard daşdan biri qızıldan ibarətdir.
  • 1848-ci ildən Kaliforniya ərazisində ilk dəfə qızıl tapılanda o hələ Meksika ərazisi idi.
  • Ən çox qızıl istehlakçısı olan ölkə Hindistandır. İllik 936 ton. Bu qədər qızıldan hər hindliyə qızıl üzük düzəltmək olar.
  • ABŞ-da hər il nişan üzüklərinə 17 ton qızıl sərf edilir.
  • Kibrit qutusu boyda qızılı tennis kortu boyda sahəyə yaymaq olar.
  • Tipik müasir qızıl külçəsi 11 kiloqramdan bir az çoxdur.
  • 1849-cu ildə insanların kütləvi qızıl axtarması zamanı, Kaliforniyada unun qiyməti 70 dollar, bir stəkan su 100 dollar idi.
  • İnsan orqanizmində 0,2 milliqram qızıl var.
  • Ən böyük qızıl külçə Avstraliyada tapılıb. Onun çəkisi 27 kiloqram olub.


Davamı →

Qızıl

Tarix, insanların qızıla olan arzularının meydana gətirdiyi savaşların və sərgüzəştlərin hekayələri ilə doludur. Qızıl zənginliyin,   bolluğun simvolu olmuş; zənginlik isə çox vaxt insanları və xalqları güclü qılmışdır. Böyük mədəniyyətlərin dirçəliş və tənəzzülü, sahib olduqları qızıl miqdarının artması və azalması ilə düz mütənasib olmuşdur. Orta əsrlərdə kimyaçılar başqa metallardan qızıl əldə etmək üçün üsullar tampağa çalışmış, ancaq bu işləri nəticəsiz qalmış, insanlar qızılı tapmaq ümidi ilə yer üzünü gəzmiş və böyük çətinliklərə məruz qalmaqdan çəkinməmişlər. İnsanların uğrunda həyatlarını təhlükəyə atmaqdan qorxmadıqları və sahib olanları zəngin edən bu maddə nədir?

Ardı →

Əlvan metallurgiya

Böyük və Kiçik Qafqazın Azərbaycan hissəsinin metallogenik əyalətlərində əlvan metallardan mis, qurğuşun, sink, kobalt, civə, sürmə filizlərinin yataq və təzahürləri geniş yayılmış və əsasən Balakən-Zaqatala, Gədəbəy və Ordubad filiz rayonlarında cəmlənmişdir.
Ardı →

Qızıl

İnsanlar metal üçün məhv olurlar – Mefistofel “Faust” opersaındakı öz ariyasını məhz bu sözlərlə sonlandırmışdı və həqiqətən də yerin qızıl, gümüş, platin kimi zənginlikləri üçün nə qədər fəlakətlər törədilmişdir. İnsan zənnində əlbəttə ki, bu metallar çiçəklənən həyat ekvivalenti hesab edilirdi.


Qızıl “pul” olana qədər ondan bəzək əşyaları kimi istifadə olunurdu. Misir xadimləri belə bilikləndirirdilər ki, günəşdən əmələ gəlmişdir, hansı ki, vaxtilə yerə qızıl yağışı kimi yağmışdır. İlk qızıl qəpikləri kəsən bizim eradan əvvəl 605-502-ci illərdə yaşayan Aliat olmuşdur.…


Ardı →