Orxan Məmmədov - Ömər Xəyyam kimi düşünmək

Bəzən qələm sahibləri haqqında yazı yazarkən qəribə bir təzadla qarşılaşırsan: Elə an olur ki, barəsində bir neçə məqalə oxuduğun, bir-iki əsərini vərəqlədiyin yazıçı, yaxud şairlə bağlı səhifələrlə yazmaq gücünü özündə tapırsan, ancaq ömrünü və yaradcılığını nisbətən geniş araşdırdığın sənətkar haqqında isə bir sətir yazarkən belə qəribə bir çətinlik çəkirsən. Bəlkədə birinciyə səbəb, müəllif və yaxud əsərlərlə bağlı hansısa bir qeyrirasional bağlılıqdır ki, az məlumatlı olsanda o haqda yazmağa cəsarət edirsən. İkinciyə səbəb isə yəqin ki, əhatəli məlumatın beyni, düşüncələri qarışdıra bilməsidir. Bu dəfə bəhs etmək istədiyim müəllif – Ömər Xəyyamla bağlı yazımda ikinci vəziyyətlə qarşılaşan kimi oldum.

Davamı →

Rübai ustadı Ömər Xəyyam

Omər XəyyamƏsl adı Qiyasəddin Əbu əl-Fəth Ömər ibn İbrahim Xəyyam  olan dahi iranlı şair 18 may 1048-ci ildə Nişapur şəhərində doğulmuşdur. Çadırçı ailəsində doğulmuş Ömər riyaziyyat, fizika,tibb, astronomiya elmləri ilə maraqlanırdı.

Yaşadığı dövrdə İbn Sinadan sonra ən yaxşı alim kimi qəbul edilirdi. Tibb, fizika, astronomiya, cəbir, həndəsə və riyaziyyat elmlərində önəmli çalışmaları olan Ömər Xəyyam üçün zamanın bütün elmlərini bildiyi söylənilir. O digərlərindən fərqli olaraq  etdiyi çalışmaların çoxunu qələmə almayıb, yoxsa adını eşitdiyiniz bir çox teoremlərin müəllifi odur.

Ömər Xəyyamın ən böyük əsəri “Cəbr Rəsaləsi”dir. On hissədən ibarət olan bu kitabın dörd hissəsində tənliklər araşdırmış və bu tənlikləri təsnif etmişdir. Riyaziyyat tarixində bunu edən ilk alim Ömər Xəyyamdır.

21 Mart 1079-cu ildə tamamladığı xalq arasında Ömər Xəyyam Təqvimi, bu gün isə Cəlali Təqvimi olaraq bilinən təqvim üçün böyük səy göstərmişdir.


Ardı →