Tərk edilmək qorxusu

Etibarsızlığa düşən qadınların, bəzən əsassız qorxulara qapılırlar. Ancaq son zamanlarda hər iki cinsin bu qorxudan eyni dərəcədə əziyyət çəkə biləcəyi qənaətinə gəlinir. Yeganə fərq ifadə olunma tərzindədir. Qorxumuzun əsassız olduğuna dair bir cavab və ya bir hərəkət gözləyərək bu narahatlığı ucadan nümayiş etdirə bilərik. Kişilər isə etimadsızlıq, qısqanclıq kimi bir az daha mürəkkəb davranışlar nümayiş etdirə bilərlər. inciklik… qorxu tənhalıq və tərk hər cür münasibətləri təhrif edir. Ancaq buna daha yaxından baxaq.
Tərk edilmə qorxusu, fərdlərin sevdikləri tərəfindən tərk edilmə düşüncəsinə qarşı inkişaf etdirdikləri sıx bir qorxudur. Tərk edilmək qorxusu xüsusilə uşaqlarda yayğındır. Çox kiçik yaşlarından uşaqlar valideynlərinin onları tərk edəcəyindən çox qorxurlar.
Tərk edilmə qorxusu həm kişilərdə, həm də qadınlarda var. Bu qorxunu daha da şiddətlə hiss etmək

Davamı →

Rədd edilmək gözəldir

Hər insan həyatında ən az bir dəfə rədd edilmə vəziyyətiylə qarşı-qarşıya qalır. İstədiklərini əldə edənlərlə, edə bilməyənlərin arasındakı fərq, istəklərinə çatanların özlərinə və etdikləri işlərə inanmaları və sınamaqdan əsla və əsla imtina etməmələridir. Tarixdəki məşhur adların əldə etdiyi uğurların arxasında bir çox rədd cavabı almalarına qarşı səylərini eyni əzmlə davam etdirmələri durur. Onsuz da rədd cavabına məğlub olanları tarix də ağılından çıxarmışdır.

İlk çağın məşhur natiqlərindən Demosfen ilk dəfə xalq qarşısında danışmağa başladığında, xalq ona qəhqəhələrlə gülmüş və kürsüdən uzaqlaşdırmışdı. Kəkələməsinə baxmayaraq içində böyük bir natiq olma arzusu daşıyırdı. Çox çalışdı, ağzına dəniz sahilində tapdığı çaylaq daşlarını qoyaraq danışma məşqləri edərək özünü inkişaf etdirdi. Və sonunda dünyanın ən böyük natiqlərindən biri olmağı bacardı.
Davamı →