8.4 Rəqiblər haqqında informasiyanın alınması və yayılması

Əmr verənlərin hərbi kəşfiyyatın məlumatlarını almaq və istifadə edə bilməməsi – bu hərbi işdə səriştəsizliyin ən vacib şərtlərindən biridir (Dixon, 1976). Bu, həm də rəqiblər haqqında kəşfiyyat məlumatlarına aiddir. Həm müharibəyə, həm də kommersiyaya xas olan rəqabət ruhunu nə­zərə alsaq, görərik ki, düşmən və ya rəqib haqqında informasiyaların yığılması həm istifadə metodları baxımından, həm də etik nöqteyi-nəzə­rindən analojidir. Həm də hər iki halda tətbiq olunan metodların qanunauyğunluğu heç vaxt əngəl olmamışdır. Bu fəsilin son bölməsində rəqiblər haqqında informasiya yığılmasının alternativ üsullarının icmalı təqdim olunmuşdur (şəkil 8.10). Təsnifatı tərtib edərkən müəlliflər üsul­ların əxlaqlılıq dərəcəsinə görə təsvirini veriblər və bu zaman əksər xatır­lanan metodlara etiklik baxımından mülahizələr söyləməməyə çalışmışlar.


Ardı →

8.3 Yaxşı rəqiblərin seçilməsi

Hər hansı bazara girmək barədə qərar qəbul edən kompaniya özünə rəqib seçir. Uyğun olaraq da, yeni imkanları seçəndə bilmək lazımdır ki, bütün rəqiblər eyni dərəcədə cəlbedici deyillər. Bazarların necə cəlbedici ol­duğu, kompaniyanın güclü tərəflərinin isə bazarın xüsusiyyətlərinə uyğun gəldiyi kimi rəqiblər də cəlbedici ola və ya olmaya bilər. Porter (Porter, 1985) yaxşı rəqiblərin fərqləndirici xüsusiyyətlərinin siyahısını tərtib edib. Şəkil 8.9-da bu xüsusiyyətlər, müəyyən keyfiyyətlərin rəqibləri cəlbedici göstərə biləcəyi qaydada təqdim olunub.


Ardı →

8.2. Rəqiblərin analizi-2

8.2.3 Rəqiblərin imkanlar profilinin qiymətləndirilməsi
Rəqiblərin resurslarının qiymətləndirilməsi onun zəif və güclü tərəflərinin öyrənilməsini nəzərdə tutur. Rəqibin məqsədlərinin, fərziyyə və cari strategiyasının onun reaksiya vermə ehtimalına, vaxtına, xarakterinə və intensivliyinə təsir göstərirsə, rəqibin resursları, imkanları və aktivləri ətraf və ya rəqabət mühitindəki dəyişikliklərə onun cavab verməsi imkanını dəstəkləməsini və hərəkətə gətirməsi qabiliyyətini müəyyənləşdirir (şəkil 8.6).


Ardı →

8.2 Rəqiblərin təhlili

Britaniya maliyyə xidməti sektoru, ənənəvi iştirakçıların öz biz­neslərinin əhəmiyyətli hissəsini bazara daxil olan güclü silaha malik — təkcə əhəmiyyətli rəqabətli diferensiasiya mənbələrinə deyil, həm də vacib iqtisadi üstünlüklərə malik — yeni rəqib tipinə uduzmasına misaldır. Belə rəqiblərə fəaliyyətinin əsasında telefon marketinqi olan Direct Line və Virgin Direct kimi öz brendinin gücündən və birbaşa marketinqin yeni for­masının reallaşdırılması üçün təqdim olunan məhsulların sadə­li­yin­dən istifadə edən, birbaşa marketinq sahəsində ixtisaslaşan kom­pa­niyalar aiddir. Supermarket şəbəkələrinin sahibləri — Sainsbury’s və Tesco kompaniyaları — müştəri bazalarından və mövcud pərakəndə ticarət nöq­tələtindən istifadə edərək üzlərini bank fəaliyyəti sferasına çevirdilər.
Ardı →