Azərbaycan biznesində reputasiya

Eyni vaxtda hamının xoşuna gəlmək mümkündürmü? Təsəvvür etməyə çalışın ki, uğurlu bir iş adamına və ya inkişafda olan bir müəssisəyə onun biznes müttəfiqləri və ya rəqibləri, yoldan keçənlər və idarənin işçiləri də eyni sevgi ilə yanaşır. Hər bir sosial qrupun öz mövqeyi və öz qiymət meyarı vardır.


Digər sözlərlə, “ümumi nüfuz” anlayışından söhbət belə gedə bilməz. Müəssisənin bazarın müəyyən seqmentlərinə və ya özünün dəyər və hörmət anlayışı olan müxtəlif müəyyən məqsədli auditoriyalara uyğun formalaşmış nüfuzu mövcud ola bilər. Məsələn, bu və ya digər ölkədə müəyyən kompaniyanın reputasiyası əsasən onun əhalisinin mənəvi dəyərlərindən asılıdır. Heç də hamını razı salmağa çalışaraq möhtəşəm reputasiya yaratmağa çalışmaq gərək deyil, təşkilat üçün həll edici əhəmiyyət daşıyan auditoriyalarda fokuslaşmaq daha mühümdür. Onların sizi təqdir etməsi və bəyənməsi – uğurun vacib şərtidir.


Ardı →

6.5.1 Müştərilərlə bağlı marketinq aktivləri

Müştərilərlə bağlı marketinq aktivləri kompaniyanın maddi və ya qeyri-maddi olmaq etibarilə müştərilər və ya potensial müştərilər üçün qiymətli olan aktivləridir. Tez-tez onlar müştərilərin baxışlarında mövcud olur və öz təbiətləri etibarilə qeyri-maddi olurlar. Bununla belə bu aktivlər kompaniyanın bazarda müdafiə edilən rəqabətli mövqeyinin yaradıl­masının ən kritik məsələlərindən birini təcəssüm etdirə bilər.


Ardı →