İrəvanın yolları

 Əşrəf ağlına, fikrinə gələni başından atmaq üçünmü, baş verə biləcək müsibətə inanmamaq üçünmü key-key adamlara baxırdı. Elə bil dərk etmək duyğusu donmuşdu, nə illah edirdi, baş verənləri anlaya bilmirdi. O da Şahin kimi Ruhinin şəklini məktəblilərin əlində görəndə diksindi. «Nə münasibətlə?». Cəlal müəllimə döndü.
— Cəlal müəllim, sən böyütdürmüsən? Bilirəm, əziz şagirdin ölüb… Zəhmət çəkmisən, özüm...
Cəlal müəllim qollarını açıb həmkəndlisini qucaqladı.
— Qardaş, Ruhin Vətən yolunda həlak olub. Şəhidlik zirvəsinə ucalıb. Başını uca tut. O, indi hamımızın oğludur. Elin oğludur. Toxtaq ol...

Davamı →