“Brilyant əl” filmi haqqında

  • Kino
1968-ci ildə “Mosfilm”də Leonid Qaydayın rejissorluğu ilə lentə alınıb. 95 dəqiqəlik bədii filmdir, komediya janrında. Əsas rollarda da rejissorun komediyalarının qəhrəmanları – Yuri Nikulin, Anatoli Papanov, Andrey Mironov.
Söhbət Yer kürəsi insanlarının sayından çox baxış sayı olan, sitatları indiyə qədər dillərdən düşməyən “Brilyant əl” komediyasından gedir.
Maraqlısı odur ki, film real hadisələr əsasında çəkilib. İdeyanı Leonid Qayday həyatdan götürüb. Həm də bir cümlə xəbərdən – qaçaqmalı gipsdə keçirməyə cəhd göstəriblər.  Filmin adı da ilk variantda “Qaçaqmalçılar” olub.

Davamı →

“Əsgər atası” filmi haqqında

  • Kino
Humanist, işıqlı filmdir. Elə bir adam yoxdur ki, “Əsgər atası” filminə soyuqqanlı baxsın.
Gürcü kinematoqrafçılarının əməyidir. Film real hadisələr əsasında lentə alınıb. Sadə bir gürcü kişi müharibədə olan oğlunun yaralanıb hospitalda yatdığını eşidir. Gəlir oğlunun yanına, görür ki, hospitaldan çıxıb, qayıdıb cəbhəyə. Düşür oğlunun izinə ki, qayıdanda  onun anasına “sağ-salamat gördüm oğlumuzu” — deyə bilsin. Cəbhə boyu gəzdikcə başına gələnlər filmin süjet xəttini təşkil edir.
Filmin ssenari müəllifi Suliko Jqentidir. Onun 18 yaşı tamam olanda könüllü cəbhəyə gedib. Ağır yaralanıb hospitala düşəndə atası onun arxasınca gəlib və uzun, təhlükəli yollardan keçməli olub. Amma ssenaridə yazılanlar təkcə onun atasının başına gələnlər deyil. Öz oğlunun arxasınca gəlib Sulikonun özü ilə birgə Berlinə qədər döyüş yolu keçən və başına macəralar gələn başqa bir atanın dramıdır – Georgi Maxaraşvilinin. Müəllif onun adını da olduğu kimi saxlayıb.

Davamı →

"İnsanın taleyi" filmi haqqında

  • Kino
“Gecənin qaranlığında yuxuya gedə bilmirsən, qaranlıqlara baxırsan və düşünürsən ki, nəyə görə həyat məni belə zəlil etdi, nəyə görə bu cür cəzalandırdı?” – söhbət açacağım filmin qəhrəmanının hayqırtısıdır bu cümlə, müharibə insanının fəryadı...
Müharibə insan faciəsidir. Dünya bünövrə olandan müharibələr qaçılmazdır. Ancaq bununla belə, insanın ən böyük problemi müharibə deyil, özüdür; müharibələri törədən də insandır, onun bəlasını yaşayan da...

Davamı →

“Buratinonun macəraları” filmi haqqında

  • Kino

Saf baxışlı, günəş təbəssümlü, uzunburun oğlan. Ona baxanda adamın ürəyindən keçirdi ki, məktəbə getməyəsən, yollanasan dünyanın o başına macəra arxasınca. Bu yolda yaxşı dostlar tapasan, dünyanın sirlərindən agah olasan və arzularına çatasan. Bəh-bəh… Ona görə də “Buratinonun macəraları” filmi bütün uşaqların sevə-sevə baxdığı  filmlərdən idi.
“Buratinonun macəraları” filmi ekranlara 1976-cı ildə çıxıb. Həmin il SSRİ-nin ən baxımlı kinosu oldu. Bu filmlə neçə-neçə nəsillər böyüdü.

Davamı →

"Qafqaz əsiri" filmi haqqında

  • Kino
Əvvəlcə yolda baş verən uzunqulaq əhvalatından başlayaq – Nina gedir, uzunqulaq da gedir. Nina dayanan kimi o da dayanır. Gəl, indi qızı inandır ki, həqiqətən onun arxasınca düşən Şurik deyil, onun uzunqulağıdır.
İkinci əhvalat sağlıq (tost) məsələsidir: Şurik deyəndə ki, folklor toplamağa gəlmişəm, xalq mahnıları, atalar sözləri, sağlıqlar… qeydiyyatda işləyən kişi dərhal ortaya qırmızı çaxır qoyub, bir sağlıq deyir.

Davamı →