Sözdə yox, əməldə!

məsləhət verməkSəhvini anlayan kimi üzr istəmək insanlıqdır. Övladınızın ədalətli və təvazökar olmasını istəyirsinizsə, lazım gələrsə, onun özündən belə üzr istəməkdən çəkinməyin.
Ailədə uşaqlar böyüyür, onların tərbiyəsi valideynlərin ən böyük qayğısıdır. Təbii ki, bütün valideynlər öz övladlarının gözəl tərbiyə ilə sağlam yetişməsini arzu edirlər.
Biz insanıq və xətalardan, günahlardan sığortalanmamışıq. Bilərək və ya bilməyərək xətalar edirik. Xətamızı anlayan kimi onu düzəltməyə çalışmalıyıq. Bizim üçün ən doğru yol, ən xeyirli seçim də budur.

Siz ailə başçısısınız və övladlarınız sizin hər əməlinizə göz qoyur, sizdən öyrənirlər. Sınanmış bir gerçək var ki, uşaq eşitdiyini yox, gördüyünü götürür. Əgər siz övladınıza söz verib yerinə yetirməmisinizsə, onunla dürüstlükdən, mərdlikdən, ədalətli olmaqdan danışmağınız əbəsdir. Çünki uşaq o yalanınızı üzə vurmasa da, ürəyində söylədiklərinizə yox, elədiklərinizə görə sizə dəyər verəcək. Valideyn üçün də bu çox ağır fəlakətdir ki, övladı ona inanmır, sözünə etimad etmir, amma bunu üzə vurub onu məyus etmir, sadəcə olaraq, ağır yük kimi ürəyinin bir tərəfində saxlayır.


Ardı →