Şərqdən Qərbə. Söz və göz mədəniyyəti

 “Conatus” – insanın özünü sevmək ehtiyacıdır. Spinozanın sözləri ilə desək, konus – insanın yaşamaq arzusu və həyata canatmasıdır. Tarix boyu insanın yaşamaq və bunun üçün mübarizə aparmaq şövqünə səbəb olan da məhz bu ehtiyacdır. Yaşamaq uğrunda mübarizə prosesi, bu ideyanı həyata keçirmə vasitə və üsullarının ortaya çıxmasına səbəb olub, hansılar ki, öz növbəsində və ümumi anlamda mədəniyyət adlandırıla bilər.

Davamı →

Azərbaycan dilində işlənən söz qrupları

Dilin leksik tərkibini təşkil edən bütün vahidlər hər cəhətdən bir-birinə oxşamır. Dildəki hər bir leksik vahidin özünəməxsus xüsusiyyətləri və üslubi vəzifələri vardır. Buna görə də bəzi sözlər dilin bütün üslublarında işlənə bildiyi halda, digər qrup sözlər müəyyən üslubi məqsəd üçün yalnız bir üslubda işlənir. Bundan başqa, dildə bəzi sözlərdən az, bəzi sözlərdən isə çox istifadə olunur və s.

Bütün bu cəhətlər nəzərə alınaraq müasir Azərbaycan ədəbi dilinin leksikası, əsasən, aşağıdakı söz qruplarına bölünür: ümumişlək sözlər, poetik sözlər, köhnəlmiş sözlər, neologizmlər, terminlər, dialektizmlər, loru sözlər, vulqar sözlər.


Davamı →

Sözün tərkibi. Söz yaradıcılığı

Sözün mənalı hissələri kök və şəkilçidir. Kök sözün ayrılıqla işlənə bilən və əsas mənanı ifadə edən hissəsidir.
Şəkilçi sözün ayrılıqda işlənə bilməyən və yalnız kökə qoşulmaqla müəyyən məna daşıyan hissəsidir. Azərbaycan dilində kök əvvəl, şəkilçi sonra gəlir.

Şəkilçilər iki cür olur: leksik və qrammatik şəkilçilər.

Leksik şəkilçilər qoşulduqları söz köklərdən yeni sözlər düzəldir: dəmir — dəmir+çi

Qrammatik şəkilçilər isə sözün ancaq formasını dəyişdirir. Qrammatik şəkilçilərin hamısı bizim dilimizə məxsusdur. Onlar söz birləşmələri və cümlələrdə sözləri bir-birinə bağlamağa xidmət göstərirlər.


Davamı →

Azərbaycan dilinin leksikası

Söz dilin əsas vahididir. Dildəki sözlərin hamısı birlikdə dilin lüğət tərkibini, yəni leksikasını təşkil edir. Dilin lüğət tərkibindən bəhs edən bölmə leksikologiya adlanır.

Sözün ifadə etdiyi məna onun leksik mənasıdır. Yəni həmin sözü deyərkən nəyi başa düşməyimizdir.

Sözün qrammatik mənası da olur. Qrammatik məna sözün hansı nitq hissəsinə aid olması və həmin nitq hissəsinə aid xüsusiyyətləri daşımasıdır.

«İzin» sözü: icazə almaq leksik mənası, isim və adlıq halda olması qrammatik mənasıdır.


Davamı →

Dədə-baba sözönləri (Прадедовские приставки)

Dərslərimizdən birində pristavkalar (sözönləri) haqqında danışarkən demişdik ki, про, -по, -под, -от, -до pristavkalarını оilə yazmaq lazımdır. Və birdən, gözlənilmədən qarşımıza прадед (ulu baba, dədə-baba) və паводок (sel, daşqın; güclü sel) sözləri çıxdı. həmin sözlərdə дедвод kökləri aydın surətdə ayrılır (qohum sözləri müqayisə edək: дедушка—дедовский; вода—наводнение, половодье— daşqın, sel və s). Buradan, deməli, belə çıxır ki, прапа pristavkalardır.
Doğrudan da, bunlar pristavkalardır, çox qədim, dədə-baba pristavkalardır. Lap qədimdə bu pristavkalar isimlərin yaranmasında iştirak edərdilər. Пра pristavkası daha qədimdir; правнук—nəvənin övladı nəticə, пращур—ulu babanın (ulu nənənin) atası, uzaq əcdad, праязык—ulu dil. Па pristavkası isə «əlavə» mənasını verirdi: пасынок—ökey oğul, oğulluq; патрубок—qol boru; пасека—arıxana, pətəklik; память (yaddaş, hafizə), патока—patka (tam şəkərləşməmiş nişastadan ibarət qəliz maddə). Son üç sözdə pristavka tamamilə köklə birləşmişdir.
Ardı →