Qaynana və gəlin!

«Gəlin mənim süpürgəmdir, harda qoysam, orda da durmalıdır!» — eləmi?


Heç bitməyən qaynana gəlin problemi. Görəsən nə üçün qarşıdurmalar, problemlər yaranır? Yəqin ki, səbəb çox ola bilər — hər iki tərəfin mənfi xarakterdən tutmuş baş alıb gedir. Bundan əlavə də mənfi xarakteri bir kənara qoysaq, yerdə qalır insanların bir-birini başa düşməmələri. BAx bu özü əsl problemdir.


Bacarıqsızlıq. Əgər bir çox qızlar, qadınlar nəyisə bilmirlərsə, burda pis bir şey yoxdur. Necə deyərlər -“bilməmək ayıb deyil, öyrənməmək ayıbdır”. Qaynananalar da bəzən gəlinlərini nələrisə bilmədikləri üçün qınayır və pisləyirlər. Bilmirsə, öyrədin dəə..burda nə var ki?! Nəyisə bacarmırıqsa, deməli, biz bunu bilmirik, bunun qaydasını, həllini bilmirik. Nəyisə bilmək üçün gərək onun üstündə özün canlı olaraq çalışasan. Görüb-götürmək də önəmlidir, amma, görüb, götürüb, buna özünün də bir əl atması daa da yaxşıdır. Hamı çalışa-çalışa örənir. Əgər kimisə həqiqətən də bir işi görmək istəyi varsa, o nə vaxtsa mütləq o işi görəcək.



Ardı →