Süd vəzi xərçəngi qəfləti xəstəlik deyil

Süd vəzi xərçəngi, xərçəngin müəyyən bir növüdür. Qadınlarda daha çox yayılmışdır. Xüsusən də 40-45 yaşındakı qadınlar arasında ölüm səbəbinə görə ilk yeri tutur. Bu xəstəlik maliqnizasiyaya uğramış, yəni yararsız bir hüceyrənin kontroldan çıxmış şəkildə artıb çoxalması nəticəsində yaranır. Bu hüceyrənin çoxalması və xərçəng yaranması üçün uzun müddət tələb olunur. Yəni süd vəzi xərçəngi qəfləti xəstəlik deyil. İllərlə gizli şəkildə inkişaf edir və mütəmadi müayinə ilə erkən səviyyədə aşkar olunarsa sağalma ehtimalı 90-95% təşkil edir.


Davamı →