Sürücülük vəsiqəsini necə əldə etmək olar?

Sürücü olmaq istəyənləri ən çox maraqlandıran məsələlərdən biri sürücülük vəsiqəsinin necə əldə edilməsidir. Bununla bağlı aşağıdakı əsas məqamlara diqqət yetirmək lazımdır. Beynəlxalq təcrübəyə və ölkəmizin qanunvericiliyinə uyğun olaraq mühərrikinin iş həcmi 50 sm3-dən artıq olan və ya mühərrikinin gücü 4 kVt-dan artıq olan, yaxud hərəkət sürəti 50 km/saat-dan artıq olan bütün mexaniki nəqliyyat vasitələrini, habelə tramvayları idarə etmək üçün sürücülük vəsiqəsi olmalıdır.

Sürücülük vəsiqəsini əldə etmək üçün mütləq imtahan verilməlidir. Motosikleti, müxtəlif növ avtomobilləri (yük avtomobillərini, avtobusları, xüsusi təyinatlı avtomobilləri və s.) idarə etmək hüququ verən sürücülük vəsiqəsini DYP-nin qeydiyyat-imtahan və texniki baxış şöbələrində (bölmələrində) uğurlu imtahan verərək əldə etmək olar.
Davamı →

Sürücülük vəsiqəsi almaq

Sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarə etmək istəyən hər şəxsə verilə bilməz. Qaydalara görə, nəqliyyat vasitəsini idarə etmək istəyən şəxslər sağlamlıq kağızı almalı, təlimdə olmalı, imtahan verməli, bir sözlə, yalnız tələb olunan proseslərdən keçdikdən sonra sürücülük vəsiqəsini ala bilər. Elə şəxslər də var ki, onlar, ümumiyyətlə, maşın idarə edə bilməzlər.

Hüquqşünas Vüqar Səfərlinin bildirdiyinə görə, heç də hər kəs sürücü ola bilməz: “Məhkəmə qaydasında fəaliyyət qabiliyyətinin olmadığı təsdiqlənən şəxslər, ümumiyyətlə, avtomobil idarə edə bilməz. Sürücülük vəsiqəsinin verilməsi yaş həddinə çatmayanlar da sürücülük vəsiqəsi ala bilməz. Müəyyən olunmuş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkət qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxslərsə Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir”.
Davamı →