Sürücülük vəsiqəsi almaq

Sürücülük vəsiqəsi nəqliyyat vasitəsini idarə etmək istəyən hər şəxsə verilə bilməz. Qaydalara görə, nəqliyyat vasitəsini idarə etmək istəyən şəxslər sağlamlıq kağızı almalı, təlimdə olmalı, imtahan verməli, bir sözlə, yalnız tələb olunan proseslərdən keçdikdən sonra sürücülük vəsiqəsini ala bilər. Elə şəxslər də var ki, onlar, ümumiyyətlə, maşın idarə edə bilməzlər.

Hüquqşünas Vüqar Səfərlinin bildirdiyinə görə, heç də hər kəs sürücü ola bilməz: “Məhkəmə qaydasında fəaliyyət qabiliyyətinin olmadığı təsdiqlənən şəxslər, ümumiyyətlə, avtomobil idarə edə bilməz. Sürücülük vəsiqəsinin verilməsi yaş həddinə çatmayanlar da sürücülük vəsiqəsi ala bilməz. Müəyyən olunmuş yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkət qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxslərsə Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir”.
Davamı →