Səməni halvası

Səməni halvasına bəzən suhan halvası və ya İsfahan halvası da deyirlər. Səməni halvasını başqa şirniyyatlardan fərqləndirən xüsusiyyətlərdən biri onun demək olar ki, ekoloji cəhətdən tam təmiz olmasında, yalnız təbii məhsullardan hazırlanmasındadır. Dietoloqlar müasir istehsalın insan orqanizminə vurduğu ziyanı təsdiqləməyə məcburdurlar.

Səməni halvası öz faydalı keyfiyyətinə görə Azərbaycan mətbəxinin bir sıra şirniyyatlarını geridə qoyur. Uşağa süd verən analara məhz səməni halvasını məsləhət görürlər, çünki tərkibindəki ədviyyələr belə qadının südünü artırır.

Novruzda bişirilən səməni halvası «jenşen»dən də faydalıdır, yaxşı bişirilmiş səməni halvası qan dövranını, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır.
Davamı →