Kəliməbaz I Xörək adlarının tarixcəsi

Sendviç

18-ci əsrdə yaşamış 4-cü Sendviç qrafı, ingilis zadəgan Monteqyu Con tez-tez qulluqçusuna tapşırardı ki, aşbazının yağda qızartdığı əti ona çörəyin arasında gətirsin. Kart oynayan zaman əllərini yağa bulaşmaqdan qoruduğuna görə zadəgan bu məzəni çox sevərmiş. Monteqyu Con qraf vəzifəsi daşıdığından onun sevdiyi məzə tezliklə məşhurlaşır və camaat “Sendviçin xörəyi”ndən sifariş etməyə başlayır. Sonradan çörək arasında ət parçası və tərəvəz olan bu yeməyə qrafın şərəfinə “Sendviç” adı verilir.

Ardı →