İlk sərgi kataloqu

Bugün demək olar hər sərgidə kataloqlara rast gəlmək olur. Kataloqlarda adətən rəssam yaxud rəssamlar barədə qısa məlumat, onların əsərləri və əsərlər barədə ümumi məlumat verilir. Düşünürəm ki, kataloqlar aydın və xüsus diqqətlə hazırlanmalıdır.

Bəs ilk kataloq nə vaxt hazırlanıb?
1673-cü ildə təşkil olunan Salon üçün kataloq hazırlanır. Bunu tarixin ilk sərgi kataloqu adlandırmaq olar. Kataloqa ən yaxşı əsərlər əlavə olunur, onların müəllifləri haqqında qısa məlumat və akademik vəzifələri qeyd olunurdu.

Dövrün filosofları, sənətşünasları, yazıçıları (D.Didro, Stendal, T.Qote, E.Zolya və s.) tərəfindən yazılmış kataloqlar da “Salon” adlanırdı. O dövrdə hazırlanmış kataloqlar, bugünkü gün sənətşünaslar üçün çox dəyərli mirasdır.
Davamı →

Salon

Salon «Rəssamlıq və Heykəltəraşlıq Akademiyası»nın təşkil etdiyi rəsmi sərgi idi. Tərəddüd etmədən 1748-1890-cı illərdə Paris Salonunun təşkil etdiyi sərgiləri Qərb dünyasının ən mötəbər sərgiləri adlandırmaq olar. Paris Salonunun yaranma tarixi 1667-ci ildən başlayır.

Həmin ildə Akademiya öz məzunlarının əsərlərindən ibarət sərgi təşkil edir. Bu sərgi rəssamların məşhurlaşması üçün çox vacib idi, hansı ki, bu məşhurluq ən azı iki yüz il davam edəcəkdi.

1725-ci ildə təşkil olunan sərgi Luvrda baş tutur və elə Salon (yaxud Paris Salonu) adını da bundan sonra alır. Öncələr sərgi sırf məzunların işləri üçün nəzərdə tutulmuş, nisbətən qapalı sərgi kimi qəbul edilirdisə, artıq 1737-ci ildən sonra cəmiyyətə açıq olan sərgi halını alır və hər il, bəzən isə ildə iki dəfə təşkil edilməyə başlayır. 1748-ci ildən sonra, sərgiyə təqdim olunan əsərləri seçmələri üçün jüri heyəti təşkil olunur.
Davamı →

Sərgilər

Sərgilər, əsasən, üç kateqoriyadan birinə aid olur: onlar bir təşkilatın fərdi fəaliyyətinə həsr edilə, bir neçə təşkilatın və ya assosiasiyanın müştərək təqdimat mərasimi kimi keçirilə, yaxud da iştirakçıların öz məhsullarını nümayiş etdirmək üçün təşkil etdikləri kommersiya tədbiri rolunu oynaya bilərlər.


  1. Fərdi fəaliyyətə həsr olunmuş tədbirlər. Yalnız elektrik çaydanları istehsal edən şirkət üçün auditoriyanı öz məhsullarından ibarət sərgiyə cəlb etmək çətin bir işdir. Lakin mal və xidmətlərin geniş çeşidini təklif edən müəssisələr çox vaxt öz sərgilərini təşkil edirlər. Misal üçün, məişətdə  işlədilən elektrik cihazlarının istehsalçıları və ofis avadanlığı təchizatçıları böyük sərgilər təşkil edir, öz mallarını nümayiş etdirirlər. Bu cür sərgilər  ekskursiyalar və müxtəlif əlavə tədbirlərlə müşaiyət oluna bilər.

  2. Birgə tədbirlər. Öz vəsaitlərini birləşdirmiş qeyri-hökumət təşkilatları, habelə sənayeçilər qrupu, təchizatçılar tərəfindən bu cür tədbirlərin təşkil olunmasının bir sıra üstünlükləri vardır. Bu, ilkin və təşkilati xərcləri birləşdirməyə imkan verir. Bundan başqa, qüvvələrin birləşdirilməsi sərgiyə daha geniş marağın yaranmasına və çoxsaylı auditoriyanın cəlb edilməsinə  səbəb ola bilər.

  3. Kommersiya sərgiləri. Yarmarka adlanan bu sərgilər çox vaxt korporativ qaydada keçirilir. Adi sərgilərdən fərqli olaraq, yarmarkalarda məhsulların satışı da təşkil olunur. Lakin adi satışdan fərqli olaraq, yarmarkalar adətən promouşn və digər marketinq tədbirləri ilə (kiçik hədiyyələrin, lotereyaların paylanması və s.) müşaiyət olunur.

Ardı →