Saçlar niyə elektriklənir?

Saçların elektriklənməsi ilə bir çox insanlar üzləşir. Xüsusilə bu soyuq fəsillərdə tez-tez baş verir.

Bunun səbəbi istilənmə sistemlərinin təsirindən saçların həddindən artıq quruması, sintetik papaqların taxılması, saçlara düzgün olmayan qulluq ola bilər. 

Saçların elektriklənməsi ilə mübarizə aparmaq üçün bizim məsləhətlərimizdən faydalana bilərsiniz: 

— Evdə istilənmə sistemi işləyirsə, evin havasını daim nəmləndirin. Bu saçların və dərinin qurumasına mane olacaq.

— Plastik və metal daraqlardan istifadə etməyin, taxta və ya keramik örtüyü olan daraqdan istifadə edin.
Davamı →