Saçların süni uzadılması

Hər bir qadın uzun və gözəl saçların olmasını arzu edir. Hal-hazırda bu arzunu 2-3 saat ərzində, saçların süni şəkildə uzadılması prosedurası ilə həyata keçirmək olar.

Bu proseduranın yerinə yetirilməsinə qərar verməmişdən əvvəl yaxşı-yaxşı fikirləşmək və mütləq həkimlə də məsləhətləşmək lazımdır. Çünki saçların tökülməsi, saçların və baş dərisinin müxtəlif xəstəlikləri, baş dərisinin yüksək həssaslığı, bir sıra dərmanların qəbul edilməsi (antibiotiklər, kimyəvi və hormonal preparatlar), bəzi xəstəliklər bu proseduranın yerinə yetirilməsinə əks göstəriş hesab olunur. Öz saçlarınız xeyli nazik və zəif olduqda da onların uzadılmasından imtina etmək lazımdır, çünki bu zaman onların daha çox zədələnmə təhlükəsi olur. Saçların uzadılması prosedurasından qabaq maskaların köməkliyi ilə onları yaxşıca qidalandırmaq və möhkəmləndirmək lazımdır. Saçların uzadılmasını mütləq yaxşı salonda və ixtisaslaşmış ustanın yanında etmək lazımdır.

Uzadılan saçlara diqqətlə və ehtiyatla qulluq etmək (bu barədə öz ustanızdan soruşun) lazımdır: xüsusi şampunlarla səliqə ilə yumaq və daramaq, xüsusi balzamlardan istifadə etmək, saçların bir-birinə dolaşmasına imkan verməmək (əks halda, sonradan onları daraya bilməyəcəksiniz) və s. Uzadılan saçlarla saunaya, üzgüçülüyə gedərkən və ya dənizdə çimərkən çox ehtiyatlı olmaq lazımdır. Çünki günəş şüaları, duzlu və xlorlu su, həmçinin hovuzda və ya dənizdə çimmək onları xeyli dərəcədə korlayır və bir-birinə dolaşdırır.


Ardı →