Marketinq səhvləri

ABŞ-ın top 5 biznes spikerlərindən olan Jay Abraham şirkət sahiblərinin və marketerlərin marketinq sahəsində etdikləri ən çox yayılmış 20 marketinq səhvi qeyd edib:
1. Marketinq ideyalarınızı test etmirsiniz.
Bu marketinq səhvi bəzən vaxt azlığından qaynaqlansa da, əksər hallarda qərar qəbul edən şəxsin “Mən hər şeyi daha yaxşı bilirəm” düşüncəsindən irəli gəlir. Hədəf auditoriyasını nə qədər yaxşı tanısanız da, nəyin necə işləyəcəyini əvvəlcədən bilmək mümkün deyil. Məqsədəuyğundur ki, müxtəlif ideyaları, fərqli variantları kiçik çərçivədə testdən keçirib, məhz daha uğurlu olanı ilə davam edəsiniz. Bu həm media yerləşdirmə büdcəsinə qənaət etməyə, həm də yerləşdirmənin effektivliyini artırmağa kömək edəcəkdir.

Davamı →