Saçlara qulluq vasitələri

Gözəl və dolğun saçlar insanları daha gözəl və cazibədar edir. Buna görə də daim saçlara qulluq etmək, onun gözəl görünməsinin qeydinə qalmaq vacibdir. Bəs hansı vasitələr saçlara xeyirli funksiyalara malikdir? Saçları möhkəmləndirmək, eləcə də onun görkəmsiz olmasının qarşısını necə almaq olar? Bunun üçün sizlərə bir neçə faydalı maskalar təqdim edirik.


Ardı →

Buruq saçlarla necə baş etməli

Baxımı ən çətin saç növlərindən olan buruq saçlara necə hökm edə bilərik.
Buruq saçları olanlar yaxşı bilər; onlarla baş etmək sanıldığından çox daha çətindir. Baxımlı görünən, parlaq saçlara sahib olmaq üçün buruq saçlara hər zaman yaxşı baxmaq lazımdır. Doğru şampun, doğru saç kremi, doğru baxım vəsaitlərindən istifadə etmək əhəmiyyətlidir. Budur hər kəsi qısqandıran saçlara sahib olmanız üçün buruq saçlara xüsusi baxım ipucları.

Yuyarkən əvvəl saç kremi, sonra şampun istifadə edin

Ümumiyyətlə saç yumada əvvəl şampun sonra saç kremi istifadə edilİr. Evoria, buruq saçlar üçün tam tərsini təklif edir. Buruq saçlara sahib olanlar, saçlarını yuyarkən saçlarını yaxşıca islatdıqdan sonra diblərinə dəyməyəcək şəkildə kremləməlidirlər. Təxminən iki dəqiqə gözləyib bol suyla durulamalı,ardından saçları bir-birinə qarışdırmadan, incə hərəkətlərlə şampuanlamalıdırlar.Bu sayədə buruq saçlar daha asan daranacaq və elektriklənməyəcək. Buruq saçlar üçün ideal saç yuma aralığını isə bir gündür.Saçları bir gün arayla yumaq; saç sağlamlığını qorumaq və asan şəkilləndirmək üçün idealdır.


Ardı →

Kəpəkdən qorunma vasitələri təhlükəlidir

Müasir həyatda aritmik həyat tərzi və sağlamlığa biganəliyin nəticəsi olaraq üzləşdiyimiz xəstəliklərdən biri də baş dərisi qabıqlanmasıdır ki,satışda onunla müdafiə üçün  istənilən sayda vasitə tapmaq mümkündür.İlk növbədə onu bilmək lazımdır ki,qabıqlanmanın səbəbi dərinin piy vəzilərinin mübadilə pozğunluğu və orada “yaşayan” göbələklərin əlverişli mühit şəraitində koloniyalaşmasıdır.
Ardı →

Saçları necə qorumalı?

Kim deyə bilər ki, bu gün insanları ən çox maraqlandıran nədir? 
Bəlkə xərçəng xəstəliyinin dərmanının tapılmasıdır, ümumdünya maliyyə böhranının qarşısının alınmasıdır, bəlkə nüvə silahlarının məhdudlaşdırılmasıdır? Yox, yenə də yox. Böyük alman yazıçısı Remark hələ XX əsrin əvvəllərində yazırdı ki, insanları I Dünya müharibəsindən çox adi diş ağrısı narahat edir. Bəli, insan ictimai problemlərdən danışsa da, şəxsi problemlərlə yaşayır, onu yalnız öz «qapısını döyən» problemlər maraqlandırır. Məsələn, bu gün kişiləri daha çox maraqlandıran saçların erkən tökülməsinin qarşısını almaq, qadınları maraqlandıran isə artıq çəkidən azad olmaqdır. Doğrudur, istisnalar, xüsusi hallar da olur, amma biz ümumidən danışaq, birincidən başlayaq. Hazırda saçların tökülməsi kişilərin, bəzən hətta qadınların əsas problemidir. Bundan istifadə edən televiziya və qəzetlər də bar-bar bağırır, problemin qarşısını almaq üçün cürbəcür metodlar və dərmanlar təklif edir.
Ardı →

Saç boyaları və ondan yaranan xəstəliklər

Yeyib-içdiklərimizin tərkibini düşünsək də, boya, krem və parfümeriyaların, o cümlədən saç boyasının içində nə olduğuna fikir vermirik. Saç boyalarında istifadə edilən kimyəvi maddələrdən 22-si Avropa ölkələrində qadağan olunmuşdur.  Bəs görəsən bu hal digər ölkələrdə necədir? Saçlara qulluq etmək və daha da gözəl görünmək istəyənlər görəsən hansı problemlərlə üzləşə bilər. Aşağıda buna dair bəzi msələhətləq qeyd olunmuşdur.
Ardı →