Hüzn ədəbiyyatın harasındadır

  • Esse
Elə hislər var ki, onları yazmaq, onları danışmaq, oxumaq bizi böyüdür, bizi aydınlandırır. Və bu, çox hallarda özümüzü melanxolik, çarəsiz və tərəddüdlü hiss etdiyimiz anların nəticəsidir. Həmin hislər mütləq bizə reallığı xatırladır və biz yaradıcının özü ilə daha səmimi kontakt qururuq. Dostoyevskinin zövqsüz və yüksək bədii istedadla yazılmış mətnləri həmişə mənə müəllifi xatırladıb. Romanın obrazlarını, romandakı hadisələri deyil, məhz Dostoyevskinin özünü. Onu təxəyyülümdə canlandırmaq və onu dinləmək nəsibini romanlarından almışam. Dərin bir hüzn, əzab, qisasın öyrətməyə çalışdığı güzəştə getməyən fəlsəfə bizə o qədər doğma gəlir ki, özümüzü qəhrəmanların yerində hiss etmirik, onlarla müqayisəyə çıxarırıq. Dostoyevskinin obrazları daha dərin yaralar alıb, yoxsa biz?

Davamı →