Bulimiya nədir?

Bulimiyadan əziyyət çəkən insalar stress və depressiv hallara çox və əllərinə keçəni yeməklə reaksiya verirlər.
Çox yeməklərinə baxmayaraq kökəlməyə də bilərlər.
Çox zaman bu vəziyyəti hormonal pozğunluqlarla səhv salırlar.

Bulimiya nədir?
Həyatın hər hansı mərhələsində istər böyük, istər kiçik neqativ hadisə, hiss, uğursuzluq, üsyan, tənhalıq, ayrılıq, itki xəstəliyi işə salır. Narahatlığı, təşvişi yüngülləşdirmək üçün insan qaydasız, sərhədsiz, vaxtsız-vədəsiz, demək olar ki, əlinə keçəni yeməyə başlayır. Hətta qidanı çeynəmədən sürətlə udur. Bu hal ilk əvvəl onu narahat etmir. Amma çəkisi artdıqca və yolda, küçədə belə gözü yemək axtaranda bu halından utanmağa başlayır, ətrafın qınağından, gülüş hədəfi olacağından qorxur. Piylənmə və çəki artımından qorunmaq üçün bulemiyalı insanlar mədə-bağırsağını yumağa, təmizlətməyə can atır, süni olaraq qusma effekti yaradır, sidikqovucular, qarınişlədicilər, çəki atan dərmanlar atmağa başlayır. Çox hallarda qonaqlıqda, restoranda, evdə yemək yeyir və bitəndən sonra çox yediyini düşünərək, tualetə qaşır, barmağını qida yoluna salıb özünü qusdurur. Belə adamlar qusmağa da meyilli olur.


Davamı →

Apnoe xəstəliyi nədir?

E-mail-apnoe (tənəffüs hərəkətlərinin dayanması) müasir dövrdə yetərli qədər geniş yayılmış problemlərdəndir. Bu problemə İnternet istifadəçilərinin 80%-də rast gəlmək mümkündür. The Times of India qəzetinin qeyd etdiyinə görə, bəzən insan kompüter arxasında işinə o qədər aludə olur ki, hətta düzgün nəfəs almağı belə unudur. Apnoenin bu növü əksər hallarda istifadəçi məktub yazarkən və ya yüksək dəqiqlik tələb edən işi yerinə yetirərkən özünü biruzə verir.

Baş gicəllənməsi, sürətli ürək döyüntüləri, üzdə qızartı, həyəcan, yuxulama, əsəbilik, baş ağrıları, müvəqqəti unutqanlıq e-mail-apnoe-nin simptomlarındandır. Problemi polisomnoqrafiyanın (yuxu problemlərinin araşdırılması ilə məşğul olur) köməyi ilə aşkar etmək olar. Tədqiqat beyin dalğaları, əzələ tonusu, burun və ağız boşluğundakı hava axını, ürək yığılmaları və tənəffüsün xüsusiyyətlərini izləməyə imkan verir.


Ardı →

Yaz avitaminozları

Hər il yaz başlayarkən insanlar tez-tez iştahasızlıqdan, əsəbilikdən, yorğunluqdan, təkrarlanan soyuqdəymələrdən əziyyət çəkməyə başlayırlar. Saçlar tökülməyə başlayır və parıltısını itirir, dırnaqlar çox kövrək olurlar. Bütün bunlar yaz avitaminozun əlamətləridir.

Təbii ki, bu zaman vitaminlərin kəskin çatmamasından söhbət gedə bilməz. Vitaminlərin kəskin çatmaması insan orqanizmi üçün çox təhlükəli haldır ki, hətta insanın həlak olması ilə nəticələnə bilər. Beləliklə, «avitaminoz» deyəndə biz adətən vitamin və mikroelementlərin qismən çatmamasını nəzərdə tuturuq. Daha dəqiq desək, söhbət hipovitaminozdan və hipomikroelementozdan gedir.

Niyə hipovitaminoz bizi məhz yazda yaxalayır? Məsələ ondadır ki, qışda biz qidadan bütün bizə lazım olan vitamin və mikroelementləri ala bilmirik.

Son zamanlar dükanlarda hətta qışda, demək olar ki, bütün meyvə və tərəvəzləri tapmaq olur. Lakin bir neçə ay ərzində saxlanılan bu meyvə və tərəvəzlərdə vitamin və mikroelementlərin çox hissəsi itirilmiş olur.


Ardı →