Son nəfəs

İlk nəfəs harada başlayır: ruhlar aləmindəmi, ana bətnindəmi, yoxsa dünyaya ilk qədəm qoyandamı?
Necə olur ilk nəfəsin hərarəti? İnsan nələr hiss edir, nələr yaşayır? Yaşamağın ilk işarəsi, varlığın bəyanıdırmı o ilk nəfəs? Yəqin ki, bu sualların cavabını öyrənmək üçün ölmək lazımdır. Ölümü yaşamaq, o nəfəsin nə anlama gəldiyini anlamaq lazımdır.

Son nəfəs...
Heç bir zaman çətinlik çəkmədən aldığımız nəfəs bir gün ağırlaşır. İnsan ağır-ağır nəfəs almağa başlayır. Nəhayət ki, nəfəsin “qədrini” bilib, onu yersiz yerə tükətmək istəmir. Son nəfəs çox şirin olur. Ciyərlərinə qədər çəkmək istəyirsən. Amma nə isə sənə o nəfəsin dadını anlamağa mane olur. Nəfəsini xırıltı müşayət edir. Xırıltın yaşamağının isbatı olur…

Ətrafda baş verənlər iki aləmə ayrılır: bir sənin gördüklərin, bir ətrafındakıların. Onlar ümidlə sənin nəfəs almanı seyr edirlər. Hər nəfəsini güdürlər. Xırıltına diqqət kəsilirlər. Sənsə başqa şeylər hiss edirsən. Gözün halqasından çıxmış halda bir boşluğa dikilir. Sənin gördüklərini kimsə görmür. Sən uzaqlara, uzaq aləmlərə baxırsan. Gözündən pərdə qalxır və qeyb aləmindən kiçik bir pəncərə açılır.

Əzrayılla ilk görüşün baş tutur. Kimsənin qaça bilməyəcəyi bir görüşdür bu. Vaxtını Allah təyin edir. Görüşə ilk gələn Əzrayıl olur. Sənsə nəfəsini tükədə — tükədə, ayaqlarını sürüyə — sürüyə bu görüşə məcbur göndərilirsən. Bu məcburiyyət simanda əks səda verir. Gözü üzündə olan yaxınların uzun bir səfərə çıxacağını anlayır, sənin baxışlarını təqib edirlər. Baxdığın yerə baxırlar. Onların gördüyü sadəcə boş divar olur.

Sənin gördüyün böyük bir aləm. Bir neçə saat, bir neçə gün keçir. Sənin üçün böyük görünən bu zaman, yaxınların üçün anlıq olur. Bir anda nəfəsin tükənir. Daha bir cəhd edərək son nəfəsi alırsan. Onu uzun müddət içində saxlamaq istəsən də bacarmırsan. Və budur son nəfəs də səni tərk etdi. Onu bir dama göz yaşınla yola saldın…
Ardı →

SON!!!

Qalx… Geyin… Sachlarini da dara… Sirgalarin,uzuyun,saatin-hamsi yerindedirmi...? Aha kurtkani da geyin chixaq… Yene susursan… Eybi yox,bugun sual vermeyecem… Yaman soyuqdur,ozu de kulek esir… Aglama,bugun sen shen GETMELISEN,shen görünmelisen.....
— aha duzdu aglamamaliyam. Bax gulurem,hem bu menim goz yashlarim deyil ki,buludlar aglayir. Bu yagish hardan chixdi?! Eybi yox yagsin... 
— piyada gedeceksen ora kimi?
-aha insanlari izlemeyi sevirem. O balaca ushaga bax,indi oyuncagi qirildigi uchun aglayir,boyuyende ise qelbi qirildigi uchun… O qiza bax,dili shen negmelerle reqs edir,sabah bosh tabutda uyuyacaq… Of yene pis sheyler dushunurem… Aaaa uje yaxinlashiriq… Bu da DENIZ… Ilahi nece de ses-kuyludur… Belke o da hiss edib...?! Aha chatdiq… Mene sozun var?
— yox,amma bir dileyim var,gedeceyin yerde xoshbext ol...
— =)))
-kimese demek istediyin nese var?
— anama de ki,aglamasin,atama de ki,aglamasin,qardashima de ki,aglamasin....
— bes «O»...?
-de ki,arxamca gelmesin… Bu qeder… — yaxshi yol....
— ( sükut)
— getdi....
XEBER: dunen gece saatlarinda deniz kenarinda genc bir qizin meyiti tapilib...!!!
Davamı →

Son nəfəs

Allah Təala, Bəqa sifətini bu aləmdə yalnız özünə aid etmişdir. Bunun üçün onun uca zatından başqa hər varlıq fanidir. Həmzinin ayəti-kərimədə: «Yer üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).» (ər-Rəhman, 26) buyrulmuşdur.Bunun təzahürü də:«Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır...» (əl-Ənbiya, 35) bəyanına müvafiq olaraq ölüm ilə olur.Xüsusən insanın daim bu həqiqəti düşünərək yaşaması zəruridir. Başqa bir ayəti-kərimədə belə buyrulur:"Ölüm (ölüm bihuşluğu) həqiqətən gəlir. (Ey insan!) Bu sənin qorxub qazdığın (cürbəcür vasitələrlə canını qurtarmaq istədiyin) şeydir!" (Qaf, 19)İnsan ki, bu fani dünyaya imtahan üzün göndərilib.
Ardı →