Linç dalğası: sosial şəbəkə manqurtları

Orta əsrlərdən bəhs edən bir filmə baxırdım. Bir təbib uzaq əyalətdən gəlir, dünyanın yaşadıqları yerdən ibarət olduğunu düşünən İsveçrənin kiçik bir kəndinə düşür. İnsanları tibbi üsulla sağaltması adını cadugərə çıxardır. Kənd camaatı toplanır və onun yandırılmasını tələb edir.
Qadın açıqlama verməyə çalışır, özünü isbat etmək üçün dəridən qabıqdan çıxır. Amma nə məhkəmə heyəti onu eşitmək istəyir, nə kənd camaatı. Qadın isə orada bir cümlə deyir, «heç kimə həqiqət maraqlı deyil, hamı nəticəni — ölümü görmək istəyir». İnsanlar isə hamısı bir ağızdan eyni tələblə qışqırırlar, «yandırılsın!» Adamların ağızları köpüklənə-köpüklənə, sonsuz nifrətlə, dərin ehtiraslı bu gözləntilərinin təsirindən çıxmamış Feysbukda qopan fırtınanın ortasına düşdüm.

Davamı →

Sosial media məsləhətçisi kimi pul qazanmaq

Sosial media məsləhətçisi kimi internet vasitəsi ilə yaxşı qazanc əldə edə bilərsiniz. Bu sector, son bir neçə il ərzində, sürətlə yüksəlişə keçmişdir. Sosial media məsləhətçisi olmaq üçün hansı xidmətləri təklif etməyiniz və bilməyiniz vacib olan digər məsələləri, bu məqalədə oxuya bilərsiniz.
 Sosial mediya popluyar olduqdan sonra, korporativ firmaların sosial hesablarını, reklam kampaniyalarını və son dəqiqə elanlarını sürətli bir şəkildə idarə etmək üçün bu sahə, artıq xüsusi bir xidmətə çevrildi. İstənilən bir məlumatı tez bir şəkildə əldə etmək üçün internetdən istifadə etməklə yanaşı son dəqiqə xəbərlərinin və kampaniyaların sosial mediyadan da izləndiyini bilirik.

Davamı →